• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda əmlak sığortası üzrə yığımlar 19% artıb

Azərbaycanda əmlak sığortası üzrə yığımlar 19% artıb
26.09.2023 15:35
2023-cü ilin səkkiz ayında Azərbaycanda əmlak sığortası üzrə yığımlar 19% artaraq ,143 milyon 260,4 min manat təşkil edib.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 milyon 386 min manat və ya 18,5%  çoxdur. Bu barədə Mərkəzi Bankın hesabatına əsasən bildirilib.

2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 120 milyon 874,4 min manat təşkil edib.

2023-cü ilin yanvar-martında Azərbaycanda sığortaçılar 1 milyon 628,279 min sığorta müqaviləsi bağlayıb ki, bu da 2022-ci ilin birinci rübü ilə müqayisədə 2,2 dəfə çoxdur, bu barədə "İnterfaks-Azərbaycan” agentliyinə sığorta bazarındakı mənbə bildirib.

Sığorta müqavilələrinin əksəriyyəti könüllü sığorta növləri üzrə bağlanıb ki, bu da ümumi portfelin 72,7%-ni və ya 1 milyon 183,962 min ədədi (2022-ci ilin yanvar-mart  ilə müqayisədə 3,3 dəfə artım ) təşkil edib.
Hesabat dövründə icbari sığorta növləri üzrə müqavilələrin sayı 18% artaraq 444,317 minə çatıb.Eyni zamanda, OSAGO üzrə 371,239 min müqavilə bağlanıb (artım 22,1%).

Yanvar-martda Azərbaycanda sığortaçıların və təkrarsığortaçıların ümumi sığorta haqları 360 milyon 204,4 min manat (+35,2%) təşkil edib. Könüllü sığorta növləri üzrə sığorta haqları 262 milyon 421,7 min manat (+31,8%), icbari sığortalar üzrə 97 milyon 782,7 min manat (+45,1%) təşkil edib.

2023-cü ilin yanvar-martında sığorta hadisələri üzrə kompensasiya ödənişləri 105 milyon 356,4 min manat (+65,8%) təşkil edib. Könüllü sığorta növləri üzrə ödənişlər 80 milyon 970,6 min manat (+ iki dəfə), icbari sığorta növləri üzrə ödənişlər 24 milyon 385,9 min manat (+8,7%) təşkil edib.

Aytac Zeynalova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
İqtisadiyyat 11:49
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
İqtisadiyyat 11:36
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol