• $
  • €
  • ₽
  • ₺
  • £

Külək Avropada qazın qiymətini aşağı salır

Külək Avropada qazın qiymətini aşağı salır
04.10.2023 17:30
Külək stansiyalarından elektrik enerjisi istehsalının kəskin artması Avropa bazarında qazın qiymətinin aşağı düşməsinə səbəb olub. Bu barədə "İnterfaks” xəbər verib. 
 

"Qazprom”un sözçüsü Sergey Kupriyanovun sözlərinə görə , çərşənbə axşamı Avropada külək istehsalının payı istehsal olunan elektrik enerjisinin ümumi həcminin dörddə birinə yüksəlib.
 
 Ekspert qeyd edib ki, Almaniya və Danimarkada külək elektrik stansiyaları həmin gün tələb olunan elektrik enerjisinin 70%-dən çoxunu istehsal edib. 
 
Sinoptiklərin fikrincə, Avropada güclü küləklər həftənin sonuna qədər davam edəcək və bu, bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalının yüksək səviyyədə saxlanmasına kömək edəcək.
 
Eyni zamanda, Kupriyanov vurğulayıb ki, adətən əlverişsiz hava ilə müşayiət olunan soyuqlar külək enerjisinin artan payının təsirini qismən kompensasiya edir, çünki bu, yaşayış sektorunda qaza tələbatı artırır.

Bundan əlavə, "Qazprom”un nümayəndəsi bildirib ki, Ukrayna Rusiya qazının Avropaya tranzit üçün nəzərdə tutulan hissəsinin keçməsinə növbəti dəfə icazə verməkdən imtina edib. Çərşənbə günü Kiyev mümkün olan 74,6 milyon kubmetrdən yalnız 42,3 milyon kubmetrini alacaq.

Bunun fonunda oktyabrın 4-də Avropanın spot bazarında qazın qiyməti 9% azalaraq növbəti gün yanacağın tədarükü müqavilələri üzrə min kubmetr üçün 320 dollara düşüb.

Oktyabrın əvvəlində Hollandiya Avropanın ən böyük qaz yatağının hasilatını dayandırıb.
 
 
Gülnar 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol