• $
  • €
  • ₽
  • ₺
  • £

Viktor Orban - Azərbaycandan alınan qaz çox əhəmiyyətlidir

Viktor Orban - Azərbaycandan alınan qaz çox əhəmiyyətlidir
06.10.2023 16:26
Azərbaycan Aİ-nin enerji müstəqilliyini qorumaq üçün strateji əhəmiyyət kəsb edir. Bunu Macarıstanın baş naziri Viktor Orban deyib.  
 
 "Azərbaycan əsas ölkədir. Azərbaycansız enerji müstəqilliyimiz ola bilməz. Azərbaycandan qaz tədarükü olmasa, Aİ Rusiyanın qalıq yanacaqlarından asılılığını azalda bilməz", - o bildirib. 
 
Avropa Şurasının prezidenti oktyabrın 18-də Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə görüşünü təsdiqləyib. 
 
Qrandada keçirilən görüşdən sonra Avropa İttifaqı rəhbəri Roberta Metsola Azərbaycanı Qarabağda baş verən son hadisələrdən sonra etibarsız tərəfdaş adlandıraraq, Azərbaycandan qaz almamağa çağırıb. 
 
Oktyabrın 5-də"Politico" nəşri yazıb ki, Avropa İttifaqının Bakıya qarşı sanksiyalar tətbiq etməsi ehtimalı azdır. Nəşr səbəb kimi Aİ-nin Azərbaycandan təbii qaz tədarükündən asılı olması göstərilir.  
 
Oktyabrın 5-də Avropa Parlamentinin üzvləri Qarabağdakı vəziyyətlə əlaqədar Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul ediblər. 

Sənəddə qeyd olunur ki, Qarabağda "çoxsaylı atəşkəs pozuntularına və insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan” Azərbaycan hökumətindəki şəxslərə qarşı sanksiyalar tətbiq etməyə çağırır.

Avropa Parlamenti həmçinin Brüssel və Bakı arasında əməkdaşlığın inkişafına yenidən baxmağa  və Azərbaycan qazının idxalından asılılığı azaltmağa çağırıb.


Oktyabrın 6-da Azərbaycan Milli Məclisi qətnaməni pisləyərək bəyanat yayıb. 
 
2023-cü ilin birinci yarısında Azərbaycandan Avropaya qaz ixracı 8,9% artıb. 2022-ci ildə Azərbaycan qaz ixracını 18%, yəni  22,3 milyard kubmetrədək artırıb, Avropaya tədarük 11,4 milyard kubmetr (+39%) təşkil edib.
 
Gülnar Nazimqızı 



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol