• $
  • €
  • ₽
  • ₺
  • £

ABB yeni rəqəmsal əmanət məhsulunu təqdim etdi!

ABB yeni rəqəmsal əmanət məhsulunu təqdim etdi!
30.12.2023 13:36
ABB mobile istifadəçiləri artıq əmanət hesablarını da birbaşa tətbiq üzərindən yarada bilərlər. ABB-nin yeni rəqəmsal əmanət məhsulu olan DigiDepozit-lə Bankda etibarlı qaydada vəsait yerləşdirib yüksək gəlir əldə etmək imkanı hər kəs üçün rahat və əlçatandır. Əmanət yerləşdirmək üçün Banka gəlməyə ehtiyac yoxdur. Müqavilə SİMA ilə təsdiqlənir.

Bankda əmanəti ABB mobile tətbiqi vasitəsilə yerləşdirməyin bir çox başqa üstünlükləri də var. Əmanəti həm AZN, həm ABŞ dolları ilə yerləşdirmək mümkündür. Bir müştəri tətbiq üzərindən 20-yə qədər əmanət müqaviləsi yaradaraq  500 000 AZN-ə qədər vəsaiti Bankda yerləşdirə bilər. Minimal məbləğsə 300 AZN-dir. Faiz gəlirlərini həm müqavilə müddətinin sonunda, həm aylıq əldə etmək mümkündür. Müştərinin ABB mobile vasitəsilə əmanət müqaviləsini istədiyi vaxt ləğv etmək, yaxud müddəti avtomatik uzatmaq imkanı var. 

ABB-də yerləşdirilən bütün əmanətlərin 100 000 AZN-ə qədər olan hissəsi Əmanətlərin Sığortalanması Fondu tərəfindən müvafiq qaydada sığortalanır. 
DigiDepozit ABB mobile tətbiqinin iOS əməliyyat sistemində artıq aktivdir. Qısa müddətdə məhsul Androiddə də aktiv olacaq.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən  və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol