• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda avtobuslarda sürət həddinə nəzarət olunacaq

Bakıda avtobuslarda sürət həddinə nəzarət olunacaq
24.02.2014 16:06
Bakı şəhərində sərnişindaşıma xidmətləri göstərilən avtobuslarda hərəkət sürətinə nəzarət sistemi tətbiq oluna bilər.APA-nın məlumatına görə, bunu Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib. «Avtobus sürücülərin mədəniyyəti ən problemli yerimizdir. Bu tam şəkildə özəl sektora məxsus bir sahədir. Müxtəlif fiziki və hüquqi şəxslər bu sahədə fəaliyyət göstərirlər və bu şirkətlərin rəhbərləri avtobus sürücülərini mədəni şəkildə xidmət göstərməsinə, sərnişinləri harada gəldi düşürüb-mindirmək kimi məsələlərə görə məsuliyyət daşıyırlar», - deyə Z.Məmmədov deyib. Nazir qeyd edib ki, Nəqliyyat Nazirliyi bununla bağlı dəfələrlə xəbərdarlıq edib və müvafiq tövsiyələr verib: «Sürücü peşəsi mürəkkəbdir. Əslində hər bir sürücüyə fərdi qaydada nəzarətçi təyin edə bilmərik. Hamı bilməlidir ki, normativlər, cədvəllər var və buna əməl edilməlidir. Ona görə də Nəqliyyata İntellektual İdarəetmə Sistemi bu cür halların aşkar edilərək hüquqi və fiziki şəxslərə xəbərdarlıq etməklə məşğul olmalıdır. Biz sərnişinlərin təhlükəsiz daşınması ilə bağlı işlər aparırıq və avtobuslarda sürət həddinin müəyyən edilməsi də bu tədbirlər sırasındadır. Hazırda testlər gedir və əgər uğurlu nəticələr olarsa, təbii ki, bu, bütün şəhər nəqliyyatında tətbiq olunacaq». Avtobusların reyslərə nasaz çıxması və bununla bağlı reydlərin keçirilməsinə toxunan Z.Məmmədov deyib ki, Nazirlik bununla bağlı ciddi nəzarət təlbirləri müəyyənləşdirib: «Həm avtobuslar texniki yoxlamadan, eyni zamanda sürücülər tibbi yoxlamadan keçməlidir. Bu istiqamətdə müəyyən işlər aparırıq və müəyyən nəzarət qurumu yaratmışıq. Hər bir sürücü ilə ayrı-ayrılıqda müqavilələr bağlanılmalıdır ki, sürücülər məsuliyyət hiss etsinlər. Biz bu barədə dəfələrlə tövsiyələr vermişik». Azərbaycana yeni avtobus və taksilərin gətirilməsini və onların əlillər üçün də nəzərdə tutulması barədə danışan nazir qeyd edib ki, əlillərin əksəriyyəti heç avtobuslara minmirlər: «İndiki bəzi avtobuslarda da əlillər üçün yerlər var. Əksəriyyətinin də öz avtomobilləri var. Əlbəttə, yeni avtobusların və taksilərin alınması gözlənilir. Bilirsiniz, qarşıda Avropa Oyunlarının keçirilməsi gözlənilir və buna böyük hazırlıqlar gedir». ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol