• $
  • €
  • ₽
  • ₺
  • £

“Misli” “GoalPlus SummerFest 2024” yarışlarının sponsorudur

“Misli” “GoalPlus SummerFest 2024” yarışlarının sponsorudur
13.06.2024 12:46
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya”nın "Misli” brendi idmanın inkişafı naminə keçirilən daha bir tədbirin — "GoalPlus SummerFest 2024”də U-19 və U-23 yarışlarının sponsorudur. 

Hər zaman idmanın inkişafına dəstək olan "Misli” daha öncə də bu idman festivalında uğurla təmsil edilib. Məqsəd sağlam həyat tərzinin təbliği və futbola olan marağın artırılması ilə yanaşı, gənclərin asudə vaxtının səmərəli təşkili və idmanla məşğul ola biləcəkləri əyləncə platformasının yaradılmasına töhfə verməkdir.
Artıq dördüncü ildir ki, bu festival idman həvəskarlarını bir araya gətirir və ötən il 16 000-dən çox izləyicinin marağına səbəb olub. Bu il isə tədbirdə 20 000-dən çox iştirakçının olması gözlənilir.

Festival çərçivəsində futbol, basketbol, voleybol, elektron idman oyunları və digər bir çox idman növlərində turnirlər həyata keçiriləcək. Futbol üzrə dörd liqada 88 komanda və 1000-dən çox idmançı mübarizə aparacaq. Xüsusi olaraq "Goal+Cup” turniri "Misli Cup" adlanacaq.

Festival boyu müxtəlif əyləncə zonalarında bir-birindən maraqlı oyunlar təşkil olunacaq. Həmçinin burada futbol üzrə Avropa Çempionatının oyunları canlı yayımlanacaq.

15 iyunda başlanan festival 18 avqusta qədər davam edəcək. 



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol