• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərpoçt”un xalis mənfəəti 28 % artıb

“Azərpoçt”un xalis mənfəəti 28 % artıb
20.06.2024 11:20
"Azərpoçt” MMC 2023-cü ili 5,547 milyon manat xalis mənfəətlə başa vurub. Bu da 2022-ci illə müqayisədə 28 % çoxdur. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin maliyyə hesabatında bildirilib.

Cari ilin yanvarın 1-nə "Azərpoçt”un aktivləri 604,828 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3 % azdır.
 
Hesabat dövründə şirkətin öhdəlikləri 4,5 % azalaraq 547,909 milyon manata düşüb, balans kapitalı isə 13,8 % artaraq 56,918 milyon manata çatıb.

"Azərpoçt" kommersiya qurumu kimi 2009-cu ildə eyni adlı dövlət müəssisəsinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 73,358 milyon manatdır. 
 
2024-cü ilin martın sonunda dövriyyədə olan "Azərpoçt” MMC sistemləri üzrə ödəniş kartlarının sayı 17 milyon 421 min ədəd olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22,3% artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib. 
 
Hesabat dövründə ödəniş kartlarında artım debet kartlar üzrə 22,8%, kredit kartları üzrə 18,9% təşkil edib.
 
Məlumata görə, ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir edib.
 
Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi 1,6 dəfə artıb.
 
Hesabat zamanı kartlar ilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 5697 milyon manat olub, ödənişlərin 4737 milyon manatı elektron ticarətin, 952 milyon manat POS-terminalların, 8 milyon manat isə özünə xidmət terminallarının payına düşüb.
 
2024-cü ilin martında ötən ilin eyni dövrü ilə müqayisədə bankomatların sayı 2,7%, POS-terminalların sayı isə 13,7% artıb.
 
Aytac Zeynalova
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol