• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycandan Həcc ziyarətinə gedən 360 nəfər geri qayıdıb

Azərbaycandan Həcc ziyarətinə gedən 360 nəfər geri qayıdıb
27.06.2024 13:49
Azərbaycandan Həcc ziyarətinə gedən şəxslərin ilk iki qrupu Azərbaycana qayıdıb. Hər bir qrupda 180 nəfər olmaqla ümumilikdə 360 nəfər olub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi məsulu Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, azərbaycanlı zəvvarların üçüncü qrupu da artıq Səudiyyə Ərəbistanından Azərbaycana yola düşüb.
 
"Zəvvarların dördüncü qrupu sabah - iyunun 28-i sübh namazından öncə Bakıya çatacaq. Beşinci və altıncı qrup isə iyunun 29-da paytaxta gələcək. Sonuncu qrup isə iyulun 1-də Vətənə qayıdacaq", - o deyib.

Cahangiri bildirib ki, Həcc ziyarətinin təşkilatçılarının qayıdışı da mərhələli şəkildə həyata keçiriləcək.
 
"Bir qrup təşkilatçı ayın 29-u -zəvvarların altıncı qrupu ilə birlikdə Bakıya gələcək. Sonuncu təyyarə isə Bakıya iyulun 1-i çatacaq və bununla da Həcc ziyarətinə tamamilə yekun vurulacaq", - o vurğulayıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
İqtisadiyyat 11:49
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol