• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank-ın tərəfdaşlığı ilə “Yerli şirkətlərin tanıtım sərgisi” yekunlaşdı

Kapital Bank-ın tərəfdaşlığı ilə “Yerli şirkətlərin tanıtım sərgisi” yekunlaşdı
27.06.2024 14:45
Ölkənin birinci bankı Kapital Bank-ın rəsmi tərəfdaşlığı ilə ölkəmizdə 5-ci dəfə "Yerli şirkətlərin tanıtım sərgisi” baş tutdu. 150-dən çox şirkətin iştirak etdiyi sərginin təşkilatçıları Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "Marsol Group” idi.  

Sərginin açılış tədbirində çıxış edən Kapital Bank-ın İdarə heyətinin üzvü, Baş korporativ satış inzibatçısı Fərid Hidayətzadə tədbiri sahibkarlığın inkişafı istiqamətində atılan önəmli addımlardan biri kimi dəyərləndirib. "Sahibkarlığın inkişafı prioritetlərimizdən biridir. Hazırda Kapital Bank-ın 44 000 aktiv mikro və korporativ müştərisi var. Onlar üçün yaradılan imkanlardan danışsaq individual olaraq formalaşdırılan "Maestro” tarifini mütləq qeyd etməliyəm. Hazırda 1500 müştəri bu tarifdən yararlanaraq xərclərinə 970 000 manat qənaət edib. Rəqəmsallaşmanın tətbiqi ilə təkcə ötən il onlayn olaraq 26 000 sayda kredit rəsmiləşdirmişik. Bundan əlavə, ötən il ərzində başdan başa onlayn şəkildə 2970 sayda 18 milyon manat məbləğində qarantiya məktubu rəsmiləşdirilib.

Eləcə də biz müştərilərimizə tam onlayn şəkildə hesab açmaq imkanını da yaratmışıq. İmkanlar olduqca genişdir və biz bu istiqamətdə məhsullarımızı inkişaf etdirməyə davam edirik. Bildiyiniz kimi biz artıq doğma Qarabağımızda  Xankəndi, Laçın, Zəngilanda da fəaliyyətə başlamışıq və burada da sahibkarların yanındayıq. Məqsədimiz hər bir sahibkara onun profilinə uyğun, işini asanlaşdıracaq, vaxtına qənaət edəcək bank məhsullarını təklif edə bilməkdir”.
 
Qeyd edək ki, "Yerli şirkətlərin tanıtım sərgisi” 2019-cu ildən etibarən keçirilir. Kapital Bank-ın da hər il dəstək olduğu sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq, satış imkanlarını genişləndirmək və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir.
 
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol