• $
  • €
  • ₽
  • ₺
  • £

“Bank Respublika“nın dəstəyi ilə III Milli Yaylaq Festivalı keçirildi - Fotolar

“Bank Respublika“nın dəstəyi ilə III Milli Yaylaq Festivalı keçirildi - Fotolar
12.07.2024 11:33
Bank Respublika III Milli Yaylaq Festivalının keçirilməsinə dəstək oldu

Bakı, 12 iyul 2024. Fəaliyyətində milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verən Bank Respublika,  5-7 iyul tarixlərində Göygöl rayonunda yerləşən Xan yaylağında III Milli Yaylaq Festivalının keçirilməsinə dəstək oldu.

 "Cavad xan” Tarix və Mədəniyyət fondunun təşəbbüsü ilə keçirilən festivalda ölkəmizdən və xaricdən çoxsaylı qonaqlar iştirak edirdi. Festival türkdilli dövlətlərin ortaq mədəniyyətini əks etdirən, tarixi ənənələri yaşadan, ona sadiq qalan dostluq, qardaşlıq bir amal uğrunda mübarizə aparan rəmzi məqsədi daşıyırdı.

Üç gün davam edən festival çərçivəsində Xan yaylağında orijinal üslubda "Yaylaq yurdu” adlı etnoqəsəbə yaradılıb. Qəsəbədə yaşayış yurdları ilə yanaşı, Cıdır meydanı, "Yaylaq bazarı”, "Sənətkarlıq guşəsi”, "Dədə Qorqud ocağı”, "Pəhləvan meydanı”, "Aşıq Ələsgər ocağı”, "Yaylaq süfrəsi” və digər tematik sahələr mövcud olub.

Festival çərçivəsində genişmiqyaslı el şənlikləri nümayiş etdirilib, el oyunları keçilirib və qaliblərə Bank Respublika tərəfindən qiymətli hədiyyələr təqdim olunub.

Möhtəşəm konsert proqramı ilə başa çatan festival iştirakçılarının böyük alqışını qazanıb.

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
 



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol