• $
  • £

Zaqatalada “Sıfır Tullantı” həmrəylik marafonu keçirildi

Zaqatalada “Sıfır Tullantı” həmrəylik marafonu keçirildi
11.09.2024 11:20
Xəbər verdiyimiz kimi Qırmızı Ürəklər Fondu ölkənin birinci bankı Kapital Bank-ın 150 illik yubileyi münasibətilə "Sıfır Tullantı” həmrəylik marafonuna start verib. Layihənin məqsədi müxtəlif ərazilərdə təbiətin tullantılardan təmizlənməsi ilə yanaşı həmin ərazidə məskunlaşan insanlarda ətraf mühitin mühafizəsinə həssas yanaşmanın artırılmasıdır. Artıq 3 regionda icra edilən layihənin növbəti dayanacağı Şəki-Zaqatala iqtisadi rayonu olub.

İqtisadi rayonun ərazisində yerləşən filiallarda çalışan 35 könüllünün iştirakı ilə baş tutan marafonda təyin edilən ərazi 813 kq həcmində tullantıdan təmizlənib. Ərazinin sürətli və effektiv təmizlənməsini həyata keçirmək üçün prosesə xüsusi texniki vasitələr də cəlb olunub. Layihə iştirakçıları  sonda bu təşəbbüsü dəstəkləyən hər kəsi, xüsusən də ölkənin aparıcı şirkətlərini təbiətin qorunması istiqamətində layihələrdə iştirak etməyə çağırıb. 
 
Qeyd edək ki, "Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin  həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent neftinin qiyməti 91 dolları ötüb
İqtisadiyyat 22:52
Brent neftinin qiyməti 91 dolları ötüb
Hakan Fidan Əraqçi ilə Hörmüz boğazının açılmasını müzakirə edib
İqtisadiyyat 22:36
Hakan Fidan Əraqçi ilə Hörmüz boğazının açılmasını müzakirə edib
Fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 2 milyard manatdan çox artıb
İqtisadiyyat 16:41
Fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 2 milyard manatdan çox artıb
Bir-in korporativ süni intellekt yanaşması ABŞ-də keçirilən “Ai4 2026”da təqdim olunub
İqtisadiyyat 15:27
Bir-in korporativ süni intellekt yanaşması ABŞ-də keçirilən “Ai4 2026”da təqdim olunub
Azərbaycanda pensiya ödənişlərinə ayrılan vəsait 10% artıb
İqtisadiyyat 11:12
Azərbaycanda pensiya ödənişlərinə ayrılan vəsait 10% artıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:12
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:39
Azərbaycan nefti ucuzlaşıb
Kamran Əsədovun məhkəməsində yeni vəsatətlər verilib
İqtisadiyyat 11:09
Kamran Əsədovun məhkəməsində yeni vəsatətlər verilib
Qızılın qiyməti 4 400 dollardan aşağı enib
İqtisadiyyat 10:28
Qızılın qiyməti 4 400 dollardan aşağı enib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol