• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank “SIBOS 2024” beynəlxalq sərgisində

Kapital Bank “SIBOS 2024” beynəlxalq sərgisində
21.10.2024 15:22
Ölkənin birinci bankı Kapital Bank 21-24 oktyabr 2024-cü il tarixlərində Çinin paytaxtı Pekində keçirilən "SIBOS 2024” beynəlxalq sərgisində ölkəmizi təmsil edir. Maliyyə dünyasının gələcəyini müzakirə etmək və yeniliklərə birgə addım atmaq məqsədilə dünyanın hər yerindən 10 000-ə yaxın iştirakçını, 125-dən çox beynəlxalq eksponenti bir araya gətirən sərgidə Kapital Bank öz stendi ilə iştirak edir.  
Tədbirin ilk günü bankın İdarə Heyətinin sədri Fərid Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin, İtaliya, Böyük Britaniya, İsveçrə, BƏƏ və İspaniya kimi ölkələrin aparıcı bank və maliyyə institutları ilə səmərəli görüşlər keçirib. Bu görüşlərdə maliyyə texnologiyaları, rəqəmsallaşma, maliyyə infrastrukturunun təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlıq perspektivləri müzakirə olunub. Növbəti günlərdə də bu görüşlərin davam etdirilməsi planlaşdırılır.

Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov öz sosial şəbəkə hesablarında tədbir haqqında fikirlərini bölüşərək bildirib: "Sibos kimi mötəbər beynəlxalq tədbirdə iştirakımız qlobal maliyyə icması ilə əlaqələrin möhkəmləndirilməsi, yeni tərəfdaşlıqların qurulması, eləcə də bankımızın əldə etdiyi nailiyyətləri, rəqəmsal transformasiya istiqamətindəki strateji planlarını və maliyyə sektoruna təqdim etdiyi yenilikləri beynəlxalq arenada nümayiş etdirmək baxımından əhəmiyyətli addımdır.”  

Qeyd edək ki, 1978-ci ildən hər il ənənəvi olaraq keçirilən beynəlxalq sərgi bu il 24 oktyabr 2024-cü il tarixinədək dünyanın maliyyə liderlərini bir araya gətirməyə davam edir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc. 



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol