• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR “yaşıl istiqraz" buraxmağa qərar verib

SOCAR “yaşıl istiqraz" buraxmağa qərar verib
15.11.2024 13:29
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "yaşıl layihə"lərin maliyyələşdirilməsi məqsədilə standartların tətbiqinin əhəmiyyətini nəzərə alaraq, yerli maliyyə bazarında "yaşıl istiqraz"ların emissiya edilməsinə başlayıb. Bu barədə SOCAR məlumat yayıb. 

Məlumata görə, son illər Ətraf mühit, Sosial məsuliyyət və Korporativ İdarəetmə (ESG) sahəsində yeni çağırışlar və bu sahədə artan uyğunluq tələbləri çərçivəsində dünya maliyyə bazarlarına maliyyə alətlərinin cəlb edilməsi proseslərində beynəlxalq standartların tətbiqini labüd edir. Bu xüsusda, şirkətlərin ESG standartlarının tətbiqinə diqqəti artmaqdadır. SOCAR sözügedən tələblərin icrasının təmin edilməsi məqsədilə son illərdə ESG tətbiqi prosesində dərəcələndirmənin həyata keçirilməsini təmin edib və qiymətləndirmə miqyasında bir sıra oxşar şirkətlərlə müqayisədə üstün yer alıb.

Bununla da, SOCAR beynəlxalq standartlar çərçivəsində öz borclarının düzgün idarəedilməsində ESG standartlarının tətbiqi prosesindən faydalanma komponentini nəzərə alır və "yaşıl” maliyyələşmə imkanlarına da üstünlük verir. Bu isə SOCAR-ın strateji bərpaolunan enerji layihələrinin səmərəli idarə edilməsindən, bu sahədə beynəlxalq tərəfdaşlar ilə əməkdaşlıq imkanlarının genişləndirilməsindən, habelə neft-qaz əməliyyatlarında dekarbonizasiya proseslərinə dəstək göstərməkdən ibarətdir.

Emissiya vasitəsilə cəlb ediləcək vəsait şirkətin "yaşıl” gündəliyinə daxil olan layihələrin maliyyələşdirilməsinə yönəldiləcək. Bununla bağlı SOCAR bütün hazırlığı başa çatdırıb, o cümlədən ESG reytinqi alıb, kredit reytinqini yaxşılaşdırıb.

SOCAR gələcəkdə də ESG standartlarının artan tələblərini, beynəlxalq müstəvidə korporativ idarəetmənin əsas şərtlərindən olan şəffaflığın ardıcıl və davamlı təmin edilməsi üçün yaşıl maliyyə alətlərindən istifadə edilməsinin həyata keçirilməsinə üstünlük verir və borc portfelində bu tipli maliyyələşdirmələrin xüsusi çəkilərinin mümkün həddə artırılmasını hədəfləyir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol