• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank-ın dəstəyi ilə keçirilən Beynəlxalq Autizm festivalı başa çatdı

Kapital Bank-ın dəstəyi ilə keçirilən Beynəlxalq Autizm festivalı başa çatdı
25.04.2025 13:32

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərafdaşlığı, Kapital Bank-ın dəstəyi
ilə həyata keçirilən Beynəlxalq Autizm Konfransı başa çatıb. “Birgə və Sağlam” İctimai
Birliyinin təşkilatçılığı ilə keçirilən tədbir 3 gün davam edib.


Konfransda “İnklüziv siniflərdə autizmli şagirdlərə bacarıqların öyrədilməsi barədə
tədqiqatlar”, “Təhlükəsizlik bacarıqlarının öyrədilməsinə həsr olunmuş 35 illik
tədqiqatlardan öyrənilən dərslər”, “ASP müalicəsində tibbi müdaxilələr”, “Autizmli
uşaqlarda yuxu problemləri: etiologiya və davranış perspektivləri” və digər mövzularda
seminarlar keçirilib.


Tədbirdə müasir dövrün problem olan autizmlə mübarizə yolları, bu istiqamətdə dövlət
və özəl tərəfdaşlığı çərçivəsində atılmalı olan addımlar müzakirə edilib. Kapital Bank-ın
İdarə Heyətinin üzvü Fərid Fərid Hidayətzadə çıxışında qeyd edib ki, Bizim əss fəaliyyət
istiqamətimiz bankçılıq olsa da cəmiyyətin inkişafında da rol oynamağa çalışırıq.


“Korporativ Sosial Məsuliyyət layihələri hər zaman bankımızın strategiyasının ən vacib
istiqamətlərindən biri olub. Autizm müasir dövrün reallıqlarından biridir və bu mövzuda
hamımızın məlumatlı olması olduqca vacibdir. Elə buna görə də biz konfransın işini
olduqca yüksək qiymətləndirir və bu gözəl missiyada sizinlə eyni yolda addımlayırıq.


İnanıram ki, bu konfrans təkcə elmi müzakirələrlə deyil, həm də cəmiyyətin müxtəlif
sahələrində real dəyişikliklərə yadda qalacaq. Müasir dövrün tələbi həm də daha inkluziv
cəmiyyətin formalaşmasıdır. Bu istiqamətdə atılan bütün addımlar alqışlanmalıdır”.


Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən
böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın
məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az
saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı
sifarişi üçün — //kbl.az/prcrc .

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
İqtisadiyyat 11:49
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
İqtisadiyyat 11:36
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
İqtisadiyyat 11:29
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
Regionların büdcədən asılılığı azalır
İqtisadiyyat 11:26
Regionların büdcədən asılılığı azalır
Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İqtisadiyyat 11:20
Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol