• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq

Azercell-in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
13.05.2025 11:27

 


Dünyaca məşhur tədris vəsaitinin Azərbaycan nəşri ölkənin rəqəmsal transformasiyasında Azercell-in aparıcı rolunu gündəmə gətirəcək

Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC beynəlxalq miqyasda tanınan Filip Kotlerin “Müasir Marketinqin Əsasları” (Essentials of Modern Marketing – EOMM) adlı kitabının Azərbaycan nəşrində təqdim olunacaq.

Azercell-in rəqəmsal transformasiya sahəsindəki uğurlu təcrübəsini əks etdirən bu nəşrdə şirkətin rəqəmsallaşma strategiyasına geniş yer ayrılıb. Kitabda Robotik Proseslərin Avtomatlaşdırılması (RPA) texnologiyasının tətbiqi, daxili əməliyyatların optimallaşdırılması və yerli bazarda reallaşdırılmış yeniliklər ətraflı şəkildə əks olunur. Bu təşəbbüslər Azercell-in innovasiyalara sadiqliyini nümayiş etdirməklə yanaşı, milyonlarla istifadəçinin rəqəmsal təcrübəsinin inkişafına verdiyi töhfəni önə çıxarır.

“Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalova bildirib: “Bu qlobal platforma Azərbaycanın rəqəmsal ekosistemində müşahidə olunan sürətli inkişafı beynəlxalq auditoriyaya təqdim etmək üçün unikal bir imkandır. Biz də öz növbəmizdə ekosistemin aparıcı qüvvələrindən biri olaraq texnoloji dəyişikliklərin yaratdığı imkanlar və çağırışlar barədə dərin anlayışa və strateji baxışa malikik. Azercell-in bu sahədəki təcrübəsi şirkətdaxili proseslərin və prosedurların rəqəmsallaşdırılması ilə başladı və artıq abunəçilərimizə təqdim olunan innovativ xidmətləri əhatə edir. Qeyd etmək istərdim ki, şirkətimiz Azərbaycanda fintex həllini tətbiq edən ilk mobil operator olub. Bu təşəbbüs çərçivəsində həyata keçirilən startap layihəmiz bu gün Azercell-in törəmə şirkəti kimi fəaliyyətini davam etdirir.”

Hazırda sosial-iqtisadi transformasiyanın fəal mərhələsini yaşayan ölkəmiz “Azərbaycan 2030: Sosial-İqtisadi İnkişafın Milli Prioritetləri” çərçivəsində innovasiyaların təşviqinə, rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasına və müasir texnologiyalarla gücləndirilmiş inklüziv cəmiyyətin qurulmasına xüsusi önəm verir. Azercell öz strateji fəaliyyətini bu milli məqsədlərlə uyğunlaşdıraraq rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verir və ölkənin gələcəyə dair baxışının reallaşdırılmasında fəal iştirak edir.

“Müasir Marketinqin Əsasları” Kotler Impact tərəfindən idarə olunan və 100-dən çox ölkəni əhatə edən qlobal təşəbbüsdür. Nəşrlərdə Meta, Danone, Google, Amazon, Lamborghini, Knauf, P&G, Wendy’s və Dunkin’ kimi nüfuzlu beynəlxalq şirkətlərin təcrübələrinə yer verilir. Kitabın Azərbaycan nəşri yerli uğur hekayələrinin qlobal biznes və akademik müstəvidə tanıdılması baxımından əlamətdar bir hadisə hesab olunur.  Kotler Impact-in MDB regionu və Azərbaycandakı ekskluziv nümayəndəsi olan AWE Consulting bu təşəbbüsün ölkəmizdə reallaşmasında əsas rol oynayır. Kitab qlobal elektron kitabxanalarda və təhsil platformalarında təqdim ediləcək. 

 

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol