• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər
05.07.2025 19:58

Əməkdaşların peşəkar və şəxsi inkişafını prioritet hesab edən Kapital Bank bu yanaşmanın davamı olaraq 2024-cü ilin sentyabr ayında bank liderlərinin inkişafına yönələn “Leading for Organizational Impact” proqramına start verib. 18 nəfərdən ibarət rəhbər heyət üçün hazırlanan proqram liderlik sahəsində aparıcı institutlardan biri olan “Center for Creative Leadership” (CCL) ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilir. Üç modullu proqram çərçivəsində iştirakçılar həm nəzəri, həm də praktiki liderlik bacarıqlarını qlobal trendlər və qabaqcıl idarəetmə yanaşmaları ilə möhkəmləndirirlər. 


Layihə çərçivəsində bankın lider heyəti ING, Lloyds Bank London və OTP Bank kimi nüfuzlu maliyyə institutlarının yüksək vəzifəli nümayəndələrinin iştirakı ilə Amsterdam şəhərində keçirilən praktiki sessiyalara qatılıblar. Belə ki, ING Bank-ın Maliyyə Cinayətkarlığının Qarşısının Alınması üzrə Qlobal rəhbəri Ivar Lammers, ING Bank-ın Süni İntellekt və Müştəri Təcrübəsi üzrə Direktoru Bart Jansen, Lloyds Bank London-un Ödənişlər və İnkişaf üzrə Direktoru Samantha Emery və OTP Bank-ın Bank Əməliyyatları üzrə Direktoru Aleksandra Brdar Turk tərəfindən müasir bankçılıq trendləri, maliyyə cinayətkarlığının qarşısının alınması, süni intellektin tətbiqi və müştəri təcrübəsinin inkişafı kimi aktual mövzular ətrafında müzakirələr aparılıb.  


Həmçinin bu təşəbbüsün davamı olaraq, 2-5 iyun 2025-ci il tarixlərində qlobal ödəniş texnologiyaları sahəsində dünyanın aparıcı şirkətlərindən olan Visa ilə əməkdaşlıq çərçivəsində bankın rəhbər heyətinin nümayəndələri Money 20/20 Europe forumunda da iştirak edibrlər. Belə ki, bankın liderləri tədbir zamanı aparıcı beynəlxalq banklarla təcrübə mübadiləsi aparır, qabaqcıl rəqəmsal bankçılıq və fintex trendləri ilə tanış olur, həmçinin sektorun ən son yeniliklərinin təqdim olunduğu müxtəlif vörkşoplarda fəal şəkildə yer alırlar. 


Tədbir haqqında fikirlərini bölüşən bankın İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədova bildirib: “ Liderlik DNT-mizin təməl prinsiplərindən biri də məhz özümüzün lideri olmağı daim öyrənməyi, inkişaf etməyi, innovasiyalar və qlobal təcrübə ilə ayaqlaşmağı təbliğ edir. Bununla bərabər rəqabətli və daim dəyişən maliyyə bazarında güclü mövqeyimizi qorumaq və daha da möhkəmləndirmək üçün qlobal səviyyədə ən yaxşı təcrübələri izləmək və düzgün şəkildə tətbiq etmək bizim üçün vacibdir. Düşünürəm ki, istər bu təcrübə proqramının təşkili, istərsə də Money 20/20 Europe kimi beynəlxalq tədbirdə iştirak liderlərimizin strateji yanaşmasını daha da gücləndirəcək və bankımızın inkişafına dəyər qatacaq. Qlobal səviyyədə liderlik bacarıqlarının formalaşdırılması və innovativ yanaşmaların öyrənilməsi bizim üçün sadəcə seçim deyil – bu, liderlik yolumuzun ayrılmaz hissəsidir”. 


Qeyd edək ki, Money 20/20 Europe maliyyə xidmətləri və texnologiyaları sahəsində dünyanın aparıcı banklarını, fintex şirkətlərini, ödəniş platformalarını və tənzimləyici qurumların nümayəndələrini bir araya gətirən ən böyük beynəlxalq tədbirlərdən biridir. Forumun əsas məqsədi maliyyə sahəsində innovasiyaların, rəqəmsal transformasiya trendlərinin və yeni əməkdaşlıq modellərinin təşviq olunmasıdır.
 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol