• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərlotereya” növbəti dəfə üç beynəlxalq standart üzrə sertifikat alıb

“Azərlotereya” növbəti dəfə üç beynəlxalq standart üzrə sertifikat alıb
05.11.2025 13:29

 

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC şəffaf fəaliyyəti ilə təkcə milli qanunvericiliyin deyil, həm də sahəvi standartların tələblərinə uyğun fəaliyyət göstərməyə davam edir. Bu məqsədlə 2025-ci ilin oktyabr ayında sertifikasiya auditi keçirilib və üç beynəlxalq standart üzrə uyğunluq təsdiq edilib.

İlk standart ISO 27001:2022 Məlumat Təhlükəsizliyi İdarəetmə Sistemi standartıdır. Bu standart şirkətin fəaliyyətinin, eləcə də təklif etdiyi şans oyunlarının təhlükəsizlik, etibarlılıq və davamlılığını təsdiq edir. Şirkət daha əvvəllər bu standartın 2013-cü il versiyasına uyğun fəaliyyət göstərirdi. Lakin texnologiyaların inkişafı ilə ayaqlaşmaq üçün bu standartın 2022-ci ildə redaksiyası yenilənib və 2025-ci ildən bu standarta keçid edilməsi üçün son tarix kimi müəyyən edilib. Standartın tələblərinə uyğun olaraq şirkət öz dəyərlərini müəyyənləşdirir, məlumat təhlükəsizliyi siyasətini və məlumat təhlükəsizliyinin hər bir elementi üzrə (uzaqdan işləmə, təhlükəsiz kodlama, şifrə idarəçiliyi və s.) digər siyasət və prosedurları təsdiq edir, eləcə də bu siyasət və prosedurlar əsasında məlumat təhlükəsizliyinin idarə edilməsi sistemini tətbiq edir. 

Növbəti standart Dünya Lotereyalar Assosiasiyasının (WLA - World Lottery Association) Təhlükəsizlik Nəzarəti Standartıdır (SCS - The Security Control Standard). Bu standart sahənin ən yaxşı təcrübələrinin ümumiləşdirildiyi “qaydalar toplusu”dur və həm müxtəlif lotereya növlərinə, həm də idman mərc oyunlarına şamil edilir. Məsələn, hər bir lotereya biletinin unikal nömrəsinin olması, kriptoqrafik nəzarətlərin tətbiq edilməsi, tirajlı lotereyaların təşkilinin addım-addım yazılmış təlimatının olması, hər bir oyun iştirakçısının ancaq bir aktiv oyun hesabının ola bilməsi, ödəniş üsullarının qorunması kimi tələblər bu standartdan irəli gəlir. Cari ildə bu standartın da yeni versiyasına 2024-cü il redaksiyasına keçid edilib.  

Şirkətin fəaliyyətinə təsir edən üçüncü standart Avropa Lotereyaları və Toto Assosiasiyasının (EL - The European State Lotteries and Toto Association) “Məsuliyyətli Oyun” standartıdır. Bu standart lotereya və idman mərc oyunlarının marketinqi və satışı zamanı tətbiq edilən məsuliyyətli oyun tələblərini müəyyən edir. 

“Azərlotereya” ASC Dünya Lotereyalar Assosiasiyası, həmçinin Avropa Lotereyalar və Toto Assosiasiyasının üzvüdür. Ətraflı olaraq “Azərlotereya”nın “Məsuliyyətli Oyun” siyasəti ilə tanış ola bilərsiniz.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Kapital Bank nümayəndələri “Sibos2026”çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
İqtisadiyyat 16:01
Kapital Bank nümayəndələri “Sibos2026”çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
Azercell yeni “Oyun Portalı”nı istifadəyə verir
İqtisadiyyat 14:26
Azercell yeni “Oyun Portalı”nı istifadəyə verir
Qlobal IE Biznes Məktəbi ABB-nin transformasiya təcrübəsini
tədris nümunəsinə çevirdi
İqtisadiyyat 12:09
Qlobal IE Biznes Məktəbi ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirdi
Yelo Bank hər ay komissiyasız investisiya həftəsi keçirəcək!
İqtisadiyyat 12:05
Yelo Bank hər ay komissiyasız investisiya həftəsi keçirəcək!
Yeni südlük fermalara heyvan başına 1,500 manat subsidiya veriləcək - nazir
Cəmiyyət 11:57
Yeni südlük fermalara heyvan başına 1,500 manat subsidiya veriləcək - nazir
Daha çox sahə əkmək və resurs istifadə etmək məntiqindən uzaqlaşmalıyıq - Məcnun Məmmədov
İqtisadiyyat 11:45
Daha çox sahə əkmək və resurs istifadə etmək məntiqindən uzaqlaşmalıyıq - Məcnun Məmmədov
Azərbaycanda aqrar istehsalda texnologiyaların tətbiqi əsas prioritetlərdəndir - nazir
İqtisadiyyat 11:28
Azərbaycanda aqrar istehsalda texnologiyaların tətbiqi əsas prioritetlərdəndir - nazir

Qlobal IE Biznes Məktəbi ABB-nin transformasiya təcrübəsini
tədris nümunəsinə çevirdi
İqtisadiyyat 11:10
Qlobal IE Biznes Məktəbi ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirdi

Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:57
Qızıl və gümüş bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol