• $
  • €
  • ₽
  • ₺
  • £

Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda

Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda
20.11.2025 15:30

 

Birbank Biznes sahibkarlar üçün nəzərdə tutulmuş Visa Sahibkar kartını daha sərfəli şərtlərlə təqdim edir. Artıq kart tamamilə ödənişsiz verilir, eyni zamanda Bakı və Abşeron üzrə çatdırılma üçün heç bir rüsum tələb olunmur. Yenilənmiş kart müasir dizaynı, funksionallığı və biznes ehtiyaclarına uyğun imkanları ilə sahibkarlara maliyyə idarəçiliyində daha çox rahatlıq qazandırır. Ən sərfəli sahibkar kartı hansıdır? – sualına cavab axtaranlar bu kartın imkanlarını dəyərləndirə bilərlər.

Visa Sahibkar kartı biznes sahiblərinə gündəlik xərcləri şəffaf şəkildə izləmək, şəxsi və biznes əməliyyatlarını ayrı-ayrılıqda idarə etmək və dünyanın istənilən nöqtəsində əməliyyatları təhlükəsiz və sürətli şəkildə həyata keçirmək imkanı yaradır. Visa Kart vasitəsilə həm alış-veriş etmək, həm də nağd vəsait çıxarmaq mümkündür.

Kart sahibləri Visa biznes imtiyazlarına da çıxış əldə edirlər. Bu imtiyazlara hotel və avtomobil icarəsi xidmətlərində xüsusi endirimlər, beynəlxalq səfərlər zamanı 24/7 tibbi və hüquqi dəstək, eləcə də müxtəlif biznes alətlərinə güzəştlərlə qoşulmaq imkanı daxildir. “Google Ads”, “Meta Ads”, “LinkedIn Ads”, “Microsoft 365”, “Google Workspace” kimi platformalarda təklif olunan güzəştlər və bonuslar sahibkarlara rəqəmsal əməliyyatlarını daha da sərfəli şəkildə etməyə kömək edir.

Kart, həmçinin gündəlik xərclərlə bağlı üstünlüklər də təqdim edir. “Apple Pay” və “Google Pay” ilə ödəniş zamanı restoran, kafe, sağlamlıq mərkəzləri və alış-veriş üzrə tərəfdaş şəbəkələrində endirimlərdən yararlanmaq mümkündür.

Xüsusilə qeyd edilməlidir ki, yeni kart dizaynı sahibkarların peşəkar imicinə əlavə dəyər qatır və həm yerli, həm də beynəlxalq səviyyədə biznes fəaliyyətini daha rahat şəkildə idarə etmək imkanı yaradır.

Sahibkar kartını Birbank Biznes mobil tətbiqi vasitəsilə sifariş edərək, pulsuz çatdırılmadan yararlanmaq mümkündür.

Ətraflı məlumat: www.b-b.az/bbvsk

Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim edir. Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün Birbank Biznes saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın Böyük Britaniya ilə ticarəti 4 dəfəyədək artıb
İqtisadiyyat 15:15
Azərbaycanın Böyük Britaniya ilə ticarəti 4 dəfəyədək artıb
Pensiya kapitalı artırıldıqca minimum pensiyaya çıxış məhdudlaşır - deputat
İqtisadiyyat 12:52
Pensiya kapitalı artırıldıqca minimum pensiyaya çıxış məhdudlaşır - deputat
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
İqtisadiyyat 12:48
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Yaşayış minimumu 2030-cü ilə qədər 359 manata çatdırılacaq
İqtisadiyyat 12:12
Yaşayış minimumu 2030-cü ilə qədər 359 manata çatdırılacaq
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
İqtisadiyyat 12:01
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu
İqtisadiyyat 11:18
Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu
“Bitcoin”in qiyməti yenidən 80 min dolları ötüb
İqtisadiyyat 09:51
“Bitcoin”in qiyməti yenidən 80 min dolları ötüb
Azərbaycan neftinin qiyməti 106 dollara düşüb
İqtisadiyyat 09:33
Azərbaycan neftinin qiyməti 106 dollara düşüb
"Brent" neftinin qiyməti 94 dollardan aşağı enib
İqtisadiyyat 09:27
"Brent" neftinin qiyməti 94 dollardan aşağı enib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol