• $
  • €
  • ₽
  • ₺
  • £

Moody’s reytinq agentliyi “Bank of Baku” ASC-nin reytinqini B1 səviyyəsinə qədər qaldırdı!

Moody’s reytinq agentliyi “Bank of Baku” ASC-nin reytinqini B1 səviyyəsinə qədər qaldırdı!
16.12.2013 13:39

Moody’s beynəlxalq reytinq agentliyi “Bank of Baku”-nun ümumi reytinqini  B2 səviyyəsindən yüksəldərək uzun müddətli gözlənti reytinqi stabil olan B1 reytinqi kimi təsdiq etmişdir. Yeni reytinq “Bank of Baku” ASC –nin 2012-ci ilin audit olunmuş və 30 noyabr 2013-cü il tarixinədək audit olunmamış, Beynəlxalq Maliyyə Hesabatları Standartları əsasında hazırlanmış maliyyə hesabatlarına əsaslanaraq verilmişdir. Moody’s-in qənaətinə görə, reytinqin gücləndirilməsinə təsir edən əsas faktorlar “Bank of Baku” ASC-nin güclü maliyyə göstəriciləri və möhkəm avtonom kreditvermə imkanlarıdır. Digər güclü amillər kimi aktivlərin yüksək keyfiyyətli olması və mümkün ola biləcək itkilərin qarşılanması üçün kapital yetərliliyinin səviyyəsinin yüksək olması göstərilmişdir.

Bununla bağlı, “Bank of Baku” ASC-nin İdarə Heyyətinin Sədri Fərid Hüseynov bildirmişdir: “Moody’s reytinq agentliyi 2012-ci ildə bankımızın uzun müddətli gözlənti reytinqini  stabildən pozitiv səviyyəyə dəyişmişdir. Bu il də Bankın səyləri nəticəsi olaraq reytinqimiz B1 səviyyəsinə qaldırılmışdır. Biz çox şadıq ki, bankın maliyyə stabilliyinin qorunması, aktivlərin keyfiyyətinin yüksək saxlanılması, risklərin dəqiq hesablanaraq azaldılması, müştəri məmnuniyyətinin artması üçün atdığımız atdımlar doğru olmuş və öz təsdiqini bu formada tapmışdır. Biz gələcək illərdə də reytinqimizi və hər kəsin bankımıza inamını yüksək saxlamaq üçün fəaliyyətimizi davam etdirəcəyik. Reytinqin artması münasibəti ilə Bankın səhmdarlarını, əməkdaşlarını və bütün müştərilərimizi ürəkdən təbrik edirəm!”

Moody’s reytinq agentliyinin rəsmi hesabatı ilə aşağıdakı linklə keçərək ətraflı tanış ola bilərsiniz : https://www.moodys.com/research/Moodys-upgrades-Bank-of-Baku-to-B1-outlook-stable--PR_288674

“Bank of Baku”-nun xidmət və məhsulları ilə yaxından tanış olmaq üçün “Bank of Baku”-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, habelə bankın www.bankofbaku.com korporativ saytına və www.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsində tanış ola bilərsiniz.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol