• $
  • €
  • ₽
  • ₺
  • £

PAŞA Capital-ın xalis mənfəəti 59% artıb

PAŞA Capital-ın xalis mənfəəti 59% artıb
03.06.2026 10:24

PAŞA Capital investisiya şirkətinin 2025-ci ildə xalis mənfəəti əvvəlki illə müqayisədə 59% artaraq 3,5 milyon manata çatıb. Bu barədə şirkətin baş icraçı direktorunun müavini Elnur Fətullayev bildirib.

Onun sözlərinə görə, şirkətin gəlirləri 2024-cü ildəki 8,4 milyon manatdan 2025-ci ildə 9,9 milyon manata yüksəlib.

"Xalis faiz gəlirləri 1,6 milyon manatdan 2,4 milyon manata çatıb. Haq və komissiya gəlirləri isə 6,3 milyon manat təşkil edib", - deyə o qeyd edib.

Fətullayev bildirib ki, brokerlik, vasitəçilik və anderraytinq fəaliyyətindən əldə olunan gəlirlər komissiya gəlirlərinin əsas hissəsini formalaşdırıb. Brokerlik gəlirləri ümumi komissiya gəlirlərinin 70%-ni təşkil edib.

Onun sözlərinə görə, anderraytinq fəaliyyəti üzrə gəlirlər 1,8 milyon manata yüksəlib ki, bu da komissiya gəlirlərinin təxminən üçdə birinə bərabərdir.
Şirkətin xalis mənfəət marjası 2025-ci ildə 25,3%, kapitalın gəlirliliyi (ROE) isə 14,5% təşkil edib.

Fətullayev qeyd edib ki, PAŞA Capital-ın aktivləri 64,8 milyon manata çataraq ölkənin investisiya şirkətləri arasında ən yüksək göstərici olub. Eyni zamanda, öhdəliklər 1,6 milyon manat azalıb, kapital isə 18,7 milyon manata yüksəlib.

O əlavə edib ki, şirkətin maliyyə hesabatları beynəlxalq audit şirkəti EY tərəfindən audit olunub.

N.Təbrizli

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol