• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ani ödənişlərin payı 54%-ə yüksəlib

Azərbaycanda ani ödənişlərin payı 54%-ə yüksəlib
09.06.2026 10:40

Azərbaycanda ani ödənişlərin ümumi rəqəmsal ödənişlərdə payı 54%-ə çatıb. Bunu Azərbaycan Mərkəzi Bankı sədrinin müavini Vüsal Xəlilov bildirib.

Onun sözlərinə görə, bu göstərici ölkədə rəqəmsal ödəniş ekosisteminin sürətlə inkişaf etdiyini və nağdsız ödənişlərə keçidin dərinləşdiyini göstərir.

Xəlilov qeyd edib ki, Mərkəzi Bank ani ödəniş sisteminin funksionallığının və texniki imkanlarının genişləndirilməsi istiqamətində işləri davam etdirir. Bu sistem bank hesabları arasında 24/7 rejimində əməliyyatların aparılmasına imkan verir. 

Onun sözlərinə görə, rəqəmsal ödənişlərin inkişafı ilə yanaşı, açıq bankçılıq, QR ödənişləri və yeni fintex həllərinin tətbiqi də maliyyə sektorunun əsas prioritetlərindən biridir. 

Mərkəzi Bank rəqəmsal maliyyə xidmətlərinin genişləndirilməsi və ödəniş infrastrukturunun modernləşdirilməsi istiqamətində islahatları davam etdirir.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sea Breeze Monteneqroda yeni layihəyə 2027-ci ilin əvvəlində başlamağı planlaşdırır
İqtisadiyyat 11:43
Sea Breeze Monteneqroda yeni layihəyə 2027-ci ilin əvvəlində başlamağı planlaşdırır
SOCAR emissiyaların monitorinqini öz resursları hesabına aparmaq niyyətindədir
İqtisadiyyat 11:40
SOCAR emissiyaların monitorinqini öz resursları hesabına aparmaq niyyətindədir
Vitaliy Yakovlev: Birgə layihələrdə yalnız maliyyə deyil, qeyri-maddi aktivlər də nəzərə alınmalıdır
İqtisadiyyat 11:34
Vitaliy Yakovlev: Birgə layihələrdə yalnız maliyyə deyil, qeyri-maddi aktivlər də nəzərə alınmalıdır
KPMG rəhbəri: Azərbaycan regional biznes platformasına çevrilə bilər
İqtisadiyyat 11:32
KPMG rəhbəri: Azərbaycan regional biznes platformasına çevrilə bilər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:04
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan manatın 1,7 məzənnəsinin sabitliyini qoruyacaq – Əliyev
İqtisadiyyat 10:00
Azərbaycan manatın 1,7 məzənnəsinin sabitliyini qoruyacaq – Əliyev
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
İqtisadiyyat 19:07
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
İqtisadiyyat 17:17
Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
İqtisadiyyat 16:47
Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol