• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana pul baratları I rübdə 29% artıb

Azərbaycana pul baratları I rübdə 29% artıb
16.06.2026 10:13

2026-cı ilin I rübündə xaricdən Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının həcmi 296,9 milyon dollar təşkil edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 29,4% çoxdur. Bunu bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqə deyib.

Məlumata görə, ötən ilin I rübündə bu göstərici 229,5 milyon dollar olub.


Pul baratlarının ən böyük hissəsi Rusiyadan daxil olub. 2026-cı ilin yanvar-mart aylarında Rusiyadan Azərbaycana 110,8 milyon dollar vəsait göndərilib ki, bu da ümumi həcmin 37,3%-ni təşkil edib. Bir il əvvəl Rusiyadan daxilolmalar 85,7 milyon dollar olub. 


İkinci yerdə Türkiyə qərarlaşıb. Türkiyədən daxil olan pul baratları 49,9 milyon dollar olub və ümumi həcmin 16,8%-ni təşkil edib. 2025-ci ilin I rübündə bu göstərici 39,6 milyon dollar idi.


İrlandiyadan daxilolmalarda kəskin artım qeydə alınıb. 2025-ci ilin I rübündə bu ölkədən Azərbaycana 3,1 milyon dollar göndərildiyi halda, 2026-cı ilin eyni dövründə məbləğ 24,6 milyon dollara çatıb. İrlandiyanın ümumi baratlardakı payı 1,4%-dən 8,3%-ə yüksəlib.


ABŞ-dan daxil olan pul baratları 23,9 milyon dollar, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından 10,6 milyon dollar, Gürcüstandan 10,3 milyon dollar, Birləşmiş Ərəb Əmirliklərindən isə 9,9 milyon dollar təşkil edib.

Gülnar Nazimqızı 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol