• $
  • €
  • ₽
  • ₺
  • £

Maliyyə naziri: Büdcə vəsaitlərinin icrası üzrə xəzinə nəzarəti gücləndirilib

Maliyyə naziri: Büdcə vəsaitlərinin icrası üzrə xəzinə nəzarəti gücləndirilib
30.06.2026 11:40

Azərbaycan 2025-ci ildə dövlət büdcəsi xərclərinin 98 faizini xəzinə müşayiətinə cəlb edib. Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisdə “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazir ötən il ayrılmış bəzi vəsaitlərin bank hesablarında qalaraq 2026-cı ilə keçirilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib ki, bank hesablarına köçürülən vəsaitlərin əsas hissəsi müxtəlif təşkilatların nizamnamə kapitalının artırılması, publik hüquqi şəxslərin və qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsi, həmçinin aqrar sahədə subsidiyaların ödənilməsi ilə bağlı olub.

Babayevin sözlərinə görə, qanunvericiliyə əsasən dövlət müəssisələrinin nizamnamə kapitalının artırılması üçün büdcədən ayrılan vəsaitlər onların bank hesablarına köçürülür, il ərzində xərclənməyən hissə isə növbəti illərdə həmin xərclərin maliyyələşdirilməsinə yönəldilir.

Nazir bildirib ki, ötən ilin avqust ayınadək publik hüquqi şəxslərin maliyyələşdirilməsi üçün vəsaitlər Maliyyə Nazirliyi tərəfindən onların bank hesablarına köçürülürdü.

Qaydalara edilən dəyişiklikdən sonra isə dövlət büdcəsindən publik hüquqi şəxslərə ayrılan vəsaitlərin icrası yalnız xəzinə vasitəsilə həyata keçirilməyə başlanıb.

Babayev əlavə edib ki, prezidentin 2025-ci il 25 avqust tarixli fərmanı ilə dövlət büdcəsindən təşkilatlara ayrılan vəsaitlərin, büdcə ssudalarının, dövlət sifarişi ilə icra olunan layihələrin, subsidiya və subvensiyaların ünvanlı icrasının dövlət xəzinədarlığı vasitəsilə təmin edilməsi tapşırılıb.
“Tapşırığa uyğun olaraq, hesabat dövründə dövlət büdcəsi xərclərinin 98 faizi xəzinə müşayiətinə cəlb edilib”, - Babayev deyib.

Gülnar Nazimqızı

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol