• $
  • €
  • ₽
  • ₺
  • £

TuranBank beynəlxalq əməkdaşlıq çərçivəsində gender bərabərliyinə dair strateji layihəni yekunlaşdırdı

TuranBank beynəlxalq əməkdaşlıq çərçivəsində gender bərabərliyinə dair strateji layihəni yekunlaşdırdı
04.08.2026 14:59

Ölkənin aparıcı banklarından biri olan TuranBank maliyyə sektorunda gender bərabərliyinin təşviqinə hədəflənmiş strateji layihəni uğurla yekunlaşdırıb. Layihə FINMA tərəfindən tənzimlənən aparıcı İsveçrə fondu Enabling Qapital və ABŞ-ın Kolumbiya Universitetinin Beynəlxalq və İctimai Əlaqələr Məktəbi (School of International and Public Affairs) arasında uzunmüddətli əməkdaşlıq çərçivəsində həyata keçirilib. Tədqiqat və praktiki yanaşmaları özündə birləşdirən layihənin əsas məqsədi maliyyə sektorunda daha inklüziv yanaşmaların təşviqinə töhfə vermək olub.

Layihə çərçivəsində Enabling Qapital-ın dəstəyi ilə Kolumbiya Universitetinin altı magistr tələbəsi Azərbaycana səfər edərək TuranBank-da praktiki araşdırma aparıblar. Səfər zamanı tələbələr Bankın baş ofisi və filiallarında çalışan əməkdaşlar, o cümlədən rəhbər vəzifələrdə təmsil olunan qadınlarla görüşərək, qadınların idarəetmədə rolu və iş mühitində gender bərabərliyi prinsiplərinin tətbiqi ilə yaxından tanış olublar. Eyni zamanda, Bankın qadın sahibkarların dəstəklənməsi, onların əlverişli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və iqtisadi fəallığının artırılması istiqamətində həyata keçirdiyi təşəbbüslər müzakirə olunub.

Layihənin yekununda təşkil olunan təqdimatda TuranBank-ın gender bərabərliyi sahəsində həyata keçirdiyi təşəbbüslər, əldə olunan nəticələr və gələcək inkişaf istiqamətləri Bankın İdarə Heyətinin üzvləri ilə ətraflı müzakirə edilib. Tədbirdə bu sahədə fəaliyyətin daha da gücləndirilməsinə xidmət edəcək konkret fəaliyyət planı təqdim olunub. Plan çərçivəsində maarifləndirmə proqramlarının təşkili, mentorluq təşəbbüslərinin genişləndirilməsi, eləcə də gender əsaslı ayrı-seçkiliyin qarşısının alınmasına yönəlmiş hüquqi mexanizmlərin təkmilləşdirilməsi nəzərdə tutulur.

TuranBank fəaliyyətinin bütün istiqamətlərində gender bərabərliyi prinsiplərinə sadiq olduğunu bir daha vurğulayır və beynəlxalq tərəfdaşlarla həyata keçirilən bu kimi layihələrin Azərbaycanda qadınların iqtisadi fəallığının və sahibkarlıq fəaliyyətində iştirakının daha da artmasına mühüm töhfə verəcəyinə inanır.

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi yeni xidmətlə bağlı ətraflı məlumatı rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol