• $
  • £

Azərbaycanda pərakəndə ticarət 3,7% artıb - Ağdərədə 3,8 dəfə yüksəlib

Azərbaycanda pərakəndə ticarət 3,7% artıb - Ağdərədə 3,8 dəfə yüksəlib
20.08.2026 12:51

Azərbaycanda 2026-cı ilin ilk yarısında pərakəndə ticarət dövriyyəsi 3,7% artıb, rayon və şəhərlər arasında ən yüksək artım isə Ağdərədə qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 

Yanvar-iyun aylarında ölkə üzrə pərakəndə ticarət dövriyyəsi 32,39 milyard manat təşkil edib.


Ağdərədə satış dövriyyəsi ötən ilin eyni dövrünün 383,6%-nə çataraq 2,49 milyon manat təşkil edib. Bu, illik müqayisədə 3,8 dəfə və ya 283,6% artım deməkdir.


Ağdərədən sonra ən yüksək artım Xocalıda qeydə alınıb. Burada dövriyyə 65,6% artaraq 6,64 milyon manat olub.


Xankəndidə satışlar 33,8% artaraq 8,7 milyon manata, Zəngilanda 32,1% artaraq 11 milyon manata, Cəbrayılda 27,3% artaraq 16,8 milyon manata çatıb.


Kəlbəcərdə dövriyyə 23,4% artaraq 5 milyon manat, Masallıda 23,4% artaraq 386,5 milyon manat olub. Şuşada artım 19,2%, Xocavənddə 18,9%, Sumqayıtda isə 10,2% təşkil edib.


İqtisadi rayonlar üzrə ən yüksək artım Şərqi Zəngəzurda qeydə alınıb. Burada pərakəndə ticarət dövriyyəsi 9,8% artaraq 153,2 milyon manata çatıb.


Abşeron-Xızı iqtisadi rayonunda satışlar 8% artaraq 1,97 milyard manat, Lənkəran-Astarada 6% artaraq 1,38 milyard manat, Qarabağda 4,2% artaraq 882,4 milyon manat olub.


Qarabağ iqtisadi rayonunda Ağdərə və Xocalı ilə yanaşı Xankəndi, Xocavənd və Şuşada da ölkə üzrə orta göstəricidən daha yüksək artım qeydə alınıb. Ağcabədidə artım 0,8%, Ağdam və Bərdədə 3,5%, Füzulidə 7%, Tərtərdə isə 1,3% olub.


Bakı şəhərində pərakəndə ticarət dövriyyəsi 4,4% artaraq 19,13 milyard manat təşkil edib. Beləliklə, ölkə üzrə pərakəndə ticarət dövriyyəsinin təxminən 59%-i Bakının payına düşüb.


Bununla yanaşı, bir sıra rayonlarda satışlar ötən ilin eyni dövründən aşağı olub. Fotodakı göstəricilər arasında ən böyük azalma Daşkəsəndə qeydə alınıb – dövriyyə 4,8% azalıb. Zərdabda azalma 4,2%, Samuxda 3,5%, Yardımlıda 2,8%, Naftalanda 2,6%, Oğuzda 1,5%, Ağdaşda 1,7%, Xızıda 1,9% olub.


İqtisadi rayonlar üzrə Mərkəzi Aran və Şirvan-Salyanda pərakəndə ticarət dövriyyəsi 0,4% azalıb. Şəki-Zaqatala iqtisadi rayonunda göstərici ötən ilin eyni dövrü səviyyəsində qalıb.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pərakəndə ticarət 3,7% artıb - Ağdərədə 3,8 dəfə yüksəlib
İqtisadiyyat 12:51
Azərbaycanda pərakəndə ticarət 3,7% artıb - Ağdərədə 3,8 dəfə yüksəlib
Azərbaycan Hava Yolları və ABB təyyarə göyərtəsindəPOS ödəniş imkanını istifadəyə verib
İqtisadiyyat 12:27
Azərbaycan Hava Yolları və ABB təyyarə göyərtəsindəPOS ödəniş imkanını istifadəyə verib
Yelo Invest ilə yerli şirkətlərin səhmlərinə yatırım etmək indi daha əlçatandır!
İqtisadiyyat 11:40
Yelo Invest ilə yerli şirkətlərin səhmlərinə yatırım etmək indi daha əlçatandır!

“Azeri Light” neftinin qiyməti 95,48 dollara yüksəlib
İqtisadiyyat 09:48
“Azeri Light” neftinin qiyməti 95,48 dollara yüksəlib
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:00
Avro və rubl ucuzlaşıb - məzənnə
Qızılın qiyməti zəifləyən dollar və ABŞ istiqrazları fonunda pik hədlərə yaxınlaşır
İqtisadiyyat 08:48
Qızılın qiyməti zəifləyən dollar və ABŞ istiqrazları fonunda pik hədlərə yaxınlaşır
Bir ekosistemi xidmət sektorunda müştəri təcrübəsini rəqəmsallaşdırır
İqtisadiyyat 16:03
Bir ekosistemi xidmət sektorunda müştəri təcrübəsini rəqəmsallaşdırır
6 ayda ən çox investisiya Mərkəzi Arana yatırılıb - rəsmi
İqtisadiyyat 15:05
6 ayda ən çox investisiya Mərkəzi Arana yatırılıb - rəsmi
Bakıdan sonra ən çox işsiz Ağdam, Şəmkir və Lənkərandadır
İqtisadiyyat 13:07
Bakıdan sonra ən çox işsiz Ağdam, Şəmkir və Lənkərandadır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol