• $
  • €
  • ₽
  • ₺
  • £

Manatın nominal və real effektiv məzənnələri artıb

Manatın nominal və real effektiv məzənnələri artıb
26.08.2026 14:39

Bu il avqustun 1-ə Azərbaycan manatının xarici valyutalara nisbətdə ümumi nominal effektiv məzənnəsi 104,9 faiz bəndi təşkil edib.

Mərkəzi Bankın məlumatları əsasında aparılan hesablamaya görə, bu göstərici aylıq müqayisədə 1,4 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə isə 3,1 faiz bəndi artıb.

Eyni zamanda, cari il avqustun 1-ə manatın qeyri-neft sektoru üzrə nominal effektiv məzənnəsi 176,4 faiz bəndinə çatıb ki, bu da əvvəlki ayla müqayisədə 2,6 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə isə 3,7 faiz bəndi artımdır.

Bundan əlavə, 2026-cı ilin 1 avqust tarixinə manatın ümumi real effektiv məzənnəsi 116 faiz bəndi olub. Bu göstərici aylıq ifadədə 0,8 faiz bəndi, illik ifadədə isə 2,3 faiz bəndi artıb. Hesabat dövründə qeyri-neft sektoru üzrə manatın real effektiv məzənnəsi 110,6 faiz bəndi təşkil edib (aylıq ifadədə 1,1 faiz bəndi artım, illik ifadədə isə sabit).

AMB sədri Taleh Kazımovun sözlərinə görə, manatın möhkəmlənməsi və valyuta bazarında müşahidə olunan proseslər bir neçə amillə bağlıdır.

 “Nağd valyuta bazarında dolları əsasən fiziki şəxslər satır, eyni zamanda manat əmanətlərinin həcmi və unikal əmanətçilərin sayı artmaqda davam edir. İdxalın azalması xarici valyutaya tələbi zəiflədir, manatın ticarət tərəfdaşlarının valyutalarına qarşı möhkəmlənməsi isə idxal olunan inflyasiyanın azalmasına şərait yaradır”, - Kazımov bildirib. 

N.Təbrizli

 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol