• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət büdcəsinin gəlirləri proqnozu 3% üstələyib

Dövlət büdcəsinin gəlirləri proqnozu 3% üstələyib
08.09.2026 15:23

 Azərbaycanın dövlət büdcəsinin gəlirləri 2026-cı ilin yanvar-avqust aylarında 26 milyard 486,5 milyon manat təşkil edərək proqnozu 780,2 milyon manat və ya 3% üstələyib. Bu barədə büdcənin icrasına dair məlumatda bildirilib.

Dövlət Vergi Xidməti xətti ilə büdcəyə 12 milyard 619,1 milyon manat daxil olub. Bu göstərici proqnozdan 900,1 milyon manat və ya 7,7% çoxdur. Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 4 milyard 326,9 milyon manat, Dövlət Neft Fondundan transfert isə 8 milyard 559 milyon manat təşkil edib.

Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 37,7 milyon manat, sair daxilolmalar 462,5 milyon manat, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 481,3 milyon manat olub.

Yanvar-avqust aylarında dövlət büdcəsinin xərcləri 22 milyard 770,6 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 462,5 milyon manat və ya 2,1% çoxdur.

Bu dövrdə icmal büdcənin gəlirləri 32 milyard 799,6 milyon manat, xərcləri isə 26 milyard 967,5 milyon manat məbləğində icra edilib.

Xəzinədarlıq orqanları tərəfindən hesabat dövründə 864 mindən çox ödəniş tapşırığının vaxtında və tam icrası təmin edilib.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol