• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın bank sektorunun məcmu kapitalı 7,2 milyard manata çatıb

Azərbaycanın bank sektorunun məcmu kapitalı 7,2 milyard manata çatıb
16.10.2026 10:21

Azərbaycanın bank sektorunun məcmu kapitalı 2026-cı ilin ilk səkkiz ayında 4,7% artaraq 7,2 milyard manat təşkil edib. Bunu Mərkəzi Bankın sədr müavini Toğrul Əliyev risklərin idarə edilməsinə həsr olunan forumda bildirib.

Onun sözlərinə görə, sektorun kapital adekvatlığı göstəricisi 17,3% olmaqla Mərkəzi Bankın minimum tələbini üstələyib. Likvidliyin örtülmə əmsalı sektor üzrə 164%, milli valyutada isə 138% təşkil edib. Hər iki göstərici minimum tələblərdən yüksək olub.

“Azərbaycanın bank sektoru riskləri aşkar etmək, ölçmək, nəzarətdə saxlamaq üçün mütərəqqi metodologiyalara, modellərə, idarəetmə çərçivələrinə malikdir və dayanıqlıdır”, — Əliyev deyib.

Bununla yanaşı, o, geosiyasi gərginliklərin, makroiqtisadi qeyri-müəyyənliyin, texnoloji transformasiyanın, kibertəhlükələrin və maliyyə cinayətlərinin bir-biri ilə əlaqəli risklər yaratdığını vurğulayıb.

“Risk funksiyası artıq yalnız qərarların təhlükəsizliyini qiymətləndirən deyil, onların keyfiyyətini formalaşdıran, yalnız mümkün itkiləri məhdudlaşdıran deyil, strateji seçimlərin daha sağlam əsaslarla edilməsinə töhfə verən bir funksiyadır”, — sədr müavini bildirib.

Əliyevin sözlərinə görə, böhranlara hazırlıq, əməliyyat dayanıqlılığı, kibertəhlükəsizlik, fırıldaqçılıqla mübarizə, kredit risklərinin model əsaslı təhlili və rəqəmsal aktivlərlə bağlı risklər vahid risk idarəetmə sisteminin tərkib hissələri kimi nəzərdən keçirilməlidir.

O bildirib ki, Mərkəzi Bank bu çağırışlara cavab olaraq makroprudensial siyasət çərçivəsi, risk əsaslı nəzarət üzrə siyasət konsepsiyası, nəzarət texnologiyaları — “SupTech” üzrə yol xəritəsi və dayanıqlı maliyyə üzrə yol xəritəsi daxil olmaqla bir sıra strateji sənədlər qəbul edib.

Mərkəzi Bankın xüsusi tənzimləmə rejimi isə maliyyə institutlarına və fintex şirkətlərinə innovativ xidmətləri müəyyən müddət ərzində nəzarət altında real müştərilərlə sınaqdan keçirməyə imkan verir. Əliyev bu mexanizmin yeni məhsullarla bağlı risklərin idarə olunmasına xidmət etdiyini bildirib.
 

N.Təbrizli

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
İqtisadiyyat 17:47
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib
İqtisadiyyat 16:40
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
İqtisadiyyat 15:32
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
Azərbaycanın Böyük Britaniya ilə ticarəti 4 dəfəyədək artıb
İqtisadiyyat 15:15
Azərbaycanın Böyük Britaniya ilə ticarəti 4 dəfəyədək artıb
Pensiya kapitalı artırıldıqca minimum pensiyaya çıxış məhdudlaşır - deputat
İqtisadiyyat 12:52
Pensiya kapitalı artırıldıqca minimum pensiyaya çıxış məhdudlaşır - deputat
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
İqtisadiyyat 12:48
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Yaşayış minimumu 2030-cü ilə qədər 359 manata çatdırılacaq
İqtisadiyyat 12:12
Yaşayış minimumu 2030-cü ilə qədər 359 manata çatdırılacaq
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
İqtisadiyyat 12:01
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu
İqtisadiyyat 11:18
Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol