• $
  • €
  • ₽
  • ₺
  • £

Latviyanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində

Latviyanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində
28.11.2014 11:35
Latviyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hardis Baumanisi Bakı Ali Neft Məktəbində oldu. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov səfiri salamlayaraq, ona rəhbərlik etdiyi ali təhsil ocağı haqda ətraflı məlumat verdi. Rektor Elmar Qasımov Ali Məktəbin yaranma tarixi, fəaliyyət strategiyası və istiqamətləri haqqında danışdı. O, BANM-ın üstünlüklərindən söz açaraq, onun beynəlxalq əlaqələrindən, əməkdaşlıq etdiyi dünya universitetlərindən və həmin ali təhsil müəssisələri ilə BANM arasında ikili diplomların tanınması istiqamətində əməkdaşlıqdan söz açdı.Əsas məqsədi Azərbaycanda beynəlxalq standartlara, həmçinin sənayenin müasir tələblərinə cavab verən ingilisdilli yüksək ixtisaslı texniki kadrları məhz öz ölkəmizdə yetişdirərək, bu sahədə ingilisdilli peşəkar kadr tələbatının ödənilməsi olan BANM-ın dünyanın neft-qaz, kimya mühəndisliyi və digər texniki elmlər üzrə ali təhsil verən müəssisələri ilə əlaqələr qurduğunu vurğuladı. BANM-ın Böyük Britaniyanin Heriot-Vatt Universiteti, Norveç, Fransa, həmçinin Avropanın bir sıra universitetləri, o cümlədən müxtəlif beynəlxalq neft-qaz şirkətləri ilə sıx əməkdaşlıq etdiyini vurğuladı.BANM-ə ən yüksək göstəricilərlə tələbələrin qəbul olunduğunu deyən rektor hazırda Ali Məktəbin tikilməkdə olan və ən müasir tələblərə cavab verən kampusunun növbəti təhsil ilində istifadəyə veriləcəyini bildirdi. O, bu kampusun Qafqaz regionunda ən böyük kampus olacağını qonağın nəzərinə çatdırdı. Rektor Elmar Qasımov müasir dövrdə dünyada ən çox ehtiyac duyulan mühəndislik ixtisasının vacibliyini bildirdi və ölkəmizdə kadr tələbatını ödəmək üçün bu sahəyə diqqət ayrıldığını sözlərinə əlavə etdi. Bu baxımdan o, Latviya ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduğunu bildirdi.Latviyanın Azərbaycandakı səfiri Hardis Baumanisi BANM-də olmaqdan məmnunluğunu bildirdi. Azərbaycanda hazırda riyaziyyat və fizika sahələri üzrə yüksək ixtisaslı mütəxəssislərin olduğunu deyən səfir Latviya universitetləri ilə BANM arasında gələcək mümkün əməkdaşlıq perspektivlərindən söz açdı.Görüşdə, həmçinin BANM ilə Latviya universitetləri arasında əlaqələrin qurulması, tələbə mubadiləsi, gələcək əməkdaşlığın inkişafı, qarşılıqlı səfərlərin təşkili istiqamətində fikir mübadiləsi aparıldı.Görüşdən sonra rektor Elmar Qasımov qonağı BANM-ın tikilməkdə olan yeni kampusunun maketi ilə tanış etdi.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol