• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar Mobile” daha bir sosial layihəni uğurla başa çatdırdı

“Nar Mobile” daha bir sosial layihəni uğurla başa çatdırdı
01.12.2014 16:09
Bu gün Azərbaycanda nitq və eşitmə qabiliyyəti məhdud olan 8 mindən çox insan yaşayır.

Bu vətəndaşların başlıca problemi məşğulluqdur. Ölkədə fiziki imkanları məhdud olan şəxsləri işlə təmin edən çox az sayda şirkət mövcuddur. Belə şirkətlərdən biri də 15 nəfər nitq və eşitmə qüsurlu vətəndaşın çalışdığı "Nar Mobile” mobil operatorudur. Bundan əlavə, şirkət belə vətəndaşların cəmiyyətə inteqrasiya edilməsi istiqamətində çoxsaylı layihələr həyata keçirir. Yenicə başa çatdırılan "Nitq və eşitmə qüsurlular üçün məktəb” layihəsi məhz belə layihələrdəndir. Layihə çərçivəsində üç ay ərzində eşitmə və nitq qabiliyyəti məhdud olan 15-28 yaşlarındakı 25 gənc floristika, bərbərlik, dekorativ əl işləri və kompüter texnologiyaları istiqaməti üzrə 4 müxtəlif kursun iştirakçısı olmuşdur.

Qeyd edək ki, bu, "Nar Mobile”-ın fiziki imkanları məhdud olan vətəndaşların cəmiyyətə inteqrasiya edilməsi istiqamətində göstərdiyi ilk fəaliyyət deyil. Artıq bir neçə ildir ki, şirkət "Eşitməmək düşünməmək deyildir” adlı layihəni həyata keçirir. Bu layihə çərçivəsində şirkət eşitmə və nitq qabiliyyəti məhdud olan gəncləri işə cəlb etməklə yanaşı, eyni zamanda sosial inkişaf üçün onları digər əməkdaşlarla eyni imkanlarla təmin edir. Hal-hazırda şirkətdə nitq və eşitmə qüsurlu 15 vətəndaş çalışır. Öz təcrübəsindən çıxış edən "Nar Mobile” mobill operatoru digər şirkətləri də fiziki imkanları məhdud olan şəxsləri işlə təmin etməyə çağırır.

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan "Nar Mobile”, 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində "Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim etmiş və abunəçilərin rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır. "Nar Mobile” Bakı 2015 Avropa oyunlarının rəsmi mobil rabitə təminatçısıdır.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol