• $
  • €
  • ₽
  • ₺
  • £

Gələn il əhalinin əmanətlərindən vergi tutulacaqmı?

Gələn il əhalinin əmanətlərindən vergi tutulacaqmı?
25.12.2014 11:16
"Bu məsələni araşdıracağıq”.

Azərbaycanda 2015-ci il yanvarın 1-dən etibarən fiziki şəxslərin bank əmanətlərinin hesablanan dividendlərin yenidən gəlir vergisinə cəlb olunması ilə bağlı bizim tərəfimizdən elə bir müsahibə, şərh verilməyib. Bu məsələni araşdıracağıq.

ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın Əmanətlərin Sığortalanması Fondunun (ADİF) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Emil Əmirov bildirib.

"Bu məsələ ilə bağlı ADİF-in adının çəkilməsi düzgün deyil, çünki Fond rəsmiləri məsələ ilə bağlı heç bir şərh verməyiblər. Lakin ola bilsin ki, əmanətlərin vergiyə cəlb olunması ilə bağlı qərar qəbul edilsin”.

Qeyd edək ki,  mətbuatda Azərbaycanda 2015-ci il yanvarın 1-dən etibarən fiziki şəxslərin bank əmanətlərinin hesablanan dividendlər yenidən gəlir vergisinə cəlb olunacağı haqqında xəbər yayımlanmışdı. Məlumatda qeyd olunurdu ki, gələn ildən  10% dərəcəsi ilə tətbiq olunan bu vergi yenidən qüvvəyə minəcək.

Xatırladaq ki, Azərbaycanda artıq bir neçə ildir "Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Hər il Azərbaycanın Milli Məclisi bu qanunun müddətinin daha 1 il artırılması barədə qərar qəbul edir.  

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol