• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda Sim-kart terminalları quraşdırılacaq

Bakıda Sim-kart terminalları quraşdırılacaq
01.01.2015 22:02
Rusiyanın "Terminal Solutions LLC" şirkəti Azərbaycanın mobil rabitə operatorları ilə Sim-kartların satışı üzrə aparatların ("Simkomat") çatdırılması ilə bağlı danışıqlar aparır.
 
ANN.Az Trend-ə istinaən xəbər verir ki, bu barədə şirkətin icraçı direktoru Artyom Subbotin bildirib.

Onun sözlərinə görə, danışıqlar hər üç operatorla (Azercell, Bakcell və Azerfon) aparılır. Operatorlarla "simkomat"ların çatdırılması üzrə ilkin razılaşma artıq əldə olunub və ilk çatdırmalara 2015-ci ildə başlanacaq.

"Simkomat" Sim-kartların satışının avtomatlaşdırılmasına imkan verir. Müştərinin eyniləşdirilməsi terminala quraşdırılmış kameranın köməyi ilə çəkilmiş pasport və şəkil vasitəsilə həyata keçirilir.

Qurğunun iş prinsipi aşağıdakı kimidir. İstifadəçi öz pasportunu skan edir, kamerada şəklini çəkdirir, doldurulmuş müqaviləni əldə edir və sənədi yenidən qurğuda yerləşdirir. Terminal istifadəçinin pasport və müqaviləsini yoxladıqdan sonra o, Sim-kartın dəyərini ödəyir. Bundan sonra aparat kart, müqavilənin abunə variantını və çek təqdim edir.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:16
Azərbaycan nefti bahalaşıb
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
İqtisadiyyat 16:28
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
İqtisadiyyat 16:13
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
İqtisadiyyat 16:06
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
İqtisadiyyat 15:50
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
İqtisadiyyat 12:42
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
İqtisadiyyat 12:30
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
İqtisadiyyat 12:19
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
İqtisadiyyat 11:41
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol