• $
  • €
  • ₽
  • ₺
  • £

Avtobuslar kart sisteminə nə vaxt keçəcək?

Avtobuslar kart sisteminə nə vaxt keçəcək?
16.01.2015 17:01
"Sərnişin nəqliyyatında İstanbul təcrübəsi tətbiq olunacaq”.

Bakının ictimai nəqliyyatında kart-ödəniş sisteminin tətbiqi türkiyəli mütəxəssislərlə birlikdə həyata keçirilir və martın 1-dək bu prosesi yekunlaşdırmağı planlaşdırırıq.

ANN.Az AzərTAc-a istinadən xəbər verir ki, Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov bildirib.

O qeyd edib ki, paytaxtın sərnişin nəqliyyatında İstanbul təcrübəsi tətbiq olunacaq və artıq satışa çıxarılan yüz minlərlə kart satılıb.

İctimai nəqliyyatda kart-ödəniş sisteminin tətbiqinin ləng getməsinin bir sıra obyektiv və subyektiv səbəbləri olduğunu bildirən N.Həsənov bildirib ki, validatorların Türkiyədən gətirilərək avtobuslara quraşdırılması vaxt tələb edir. Digər tərəfdən istismar müddəti başa çatan avtobuslar xətdən çıxarılır və yeni avtobuslara validatorların quraşdırılması da prosesi uzadır:

"Bu sistemin tətbiqi 2013-2014-cü illərdə nəzərdə tutulmuşdu. Bəzi texniki məsələlərə görə, xüsusən də Türkiyədən validatorların gətirilməsi və quraşdırılmasında ləngimələr olduğu üçün proses bir qədər gecikdi. Ona görə də planlaşdırırıq ki, kart-ödəniş sisteminin tətbiqini martın 1-dək yekunlaşdıraq”.

Sərnişin avtobuslarında istifadə olunacaq kartın digər ictimai nəqliyyata inteqrasiya məsələlərinin də gündəmdə olduğunu vurğulayan N.Həsənov deyib:

""Yol kart” bank məhsuludur. Bu kartı bank sifariş verir. Milyonlarla kart olmalıdır ki, sərnişinlər ondan istifadə edə bilsin. Həmçinin başqa kartlardan, məsələn "master kart” və "visa kart”lardan da istifadənin mümkünlüyü nəzərdən keçirilir.

Ola bilsin ki, "universal kart” məsələsi də gündəmə gəlsin. Ümumiyyətlə, biz istəyirik ki, gələcəkdə bu kartdan metroda da istifadə olunsun və bununla bağlı Bakı Metropoliteni ilə də müzakirələr aparılır. Əgər belə olsa, bu, sərnişinlər üçün də çox rahat olar. Bütün bu müzakirələr isə vaxt alır. Proses tətbiq edildikcə, yeni nüanslar meydana çıxır. Ona görə də ləngimə yaranır. Ancaq Nəqliyyat Nazirliyi sərnişin nəqliyyatında kart-ödəniş sisteminin tətbiqində qətidir”.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol