• $
  • €
  • ₽
  • ₺
  • £

“Unibank” depozitlər üzrə faizləri artırıb

“Unibank” depozitlər üzrə faizləri artırıb
27.01.2015 13:59
Bundan sonra "Unibank”a depozit yatıran müştərilər daha yüksək faizlər əldə edəcəklər.
 
Buna səbəb bankın "Müddətli” əmanət növü üzrə ABŞ dolları ilə qoyulan əmanətlər üçün faiz dərəcəsini artırmasıdır.
 
Dəyişikliyə əsasən, vətəndaşlar bu əmanət növü üzrə 1-3 il müddətinə dollarla olan depozitlərini illik 10-14%-lə yerləşdirə biləcəklər. Əvvəlki şərtlərlə müqayisədə "Müddətli” əmanət növü üzrə faizlər 1,5%-dək yüksəlib.
 
Hazırda "Unibank”da "Müddətli”, "Proqressiv” və "Yığım” növü olan əmanətlər mövcuddur. "Müddətli” depozitinin şərtlərinə əsasən 36 ay müddətə və 14%-dək ən azı 500 manat/dollar/avro həcmində vəsait yerləşdirib aylıq və ya müddətin sonunda faizləri əldə etmək mümkündür. Eyni zamanda müştərilərə aylıq faizləri banka gəlmədən əldə etmək üçün məbləğdən asılı olaraq  pulsuz Visa və ya Mastercard kartları təqdim olunur. Müştəri əmanətinin sığortalanmasını istəyərsə, "Müddətli” əmanət növü üzrə illik gəlirliliyi 9% olan əmanət qoyuluşu həyata keçirə bilər. "Proqressiv” depozitinin şərtlərinə əsasən müştəri əmanəti istənilən vaxtda götürərək, bu dövr üçün vəsaitləri üzrə qüvvədə olan dərəcəyə uyğun hesablanan faizləri əldə edə bilər. Bu depozit növü üzrə müddət 12 ay, minimal məbləğ 200 manat/dollar/avro-dur. Minimum məbləğ 50 manat/dollar/avro olan "Yığım” depozitinin şərtlərinə uyğun olaraq, müştəri əmanətini hər ay artırmaqla (minimum 10 manat) 2% əlavə bonus əldə edə bilər.
 
Qeyd edək ki, "Unibank” əmanət sahibinə depozitinin 90%-i həcmində əmanət təminatlı kredit də verir. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az)  və yaxud Facebook səhifəsində www.facebook.com/unibank.az)  əldə etmək olar.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol