• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda elektron ticarətdə yeniliklər - VİDEO

Azərbaycanda elektron ticarətdə yeniliklər - VİDEO
20.02.2015 22:41
Elektron ticarətə vergi güzəştinin olması təklif edilir

Elektron ticarətin inkişafını dəstəkləyən şirkətlər bu sahədə mövcud olan problemləri müzakirə etmək üçün bir araya gəlib.

ANS TV-nin məlumatına görə, banklar, ödəniş sistemləri, eləcə də elektron ticarəti təşkil edən portallar, bir sözlə elektron ticarətin baş tutmasında iştirak edən bütün tərəflər öz fikirlərini və təkliflərini bildiriblər. Bu sahənin inkişafı üçün dövlətdən də müəyyən dəstək istənilib. Elektron ticarətə vergi güzəştinin olması təklif edilir.

"Elektron-ticarət zirvəsi” adlandırılan tədbirin məqsədi əslində bu sahədə fəaliyyət göstərən qurumların, eləcə də sadə insanların dialoqounu təşkil etmək idi. Bu fürsətdən istifadə edən tərəflər öz yeniliklərini də təqdim etdilər. Bank nümayəndələrinin təqdimatından məlum oldu ki, Azərbaycanın kart istifadəçiləri bundan əsasən pulun nağdlaşdırılmasında istifadə edir. Elektron ödənişlərə isə daha çox kommunal, mobil ödənişlər, mərc oyunları nəzərdə tutulur. Elektron ticarət vasitəsilə ilə isə daha çox elektron cihazlar, geyim və aksesuarlar alınır.

Azərbaycanda elektron ticarətin səviyyəsini dünya ilə müqayisə etmək isə qeyri-mümkündür. Məhz buna görə, mütəxəssislər hesab edir ki, ticarətin bu növünə müəyyən güzəştlər olmalıdır. Məsələn, bu ƏDV tətbiq olunan dövriyyənin artırılması şəklində ola bilər.

Ekpert Rəşad Camal ƏDV-nin e-ticarət üçün 129 mindən 500 minə və 1 milyona kimi artırılmasının tərəfdarı olduqlarını bildirdi. O, e-ticarətin bazarda təzə olduğunu və bunun üçün adaptasiya dövrünü keçməyin vacibliyini vurğuladı.

İlin sonuna qədər elektron ticarətlə bağlı yenilik də olacaq. Artıq bütün əməliyyatları milli ödəniş sistemi üzərindən, Viza və Master platformasına çıxmadan etmək mümkün olacaq. Milli sistem ilin sonunda hazır olmalıdır.

ANN.Az
 
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol