• $
  • €
  • ₽
  • ₺
  • £

“Mərkəzi Bank banklarla bağlı açıqlama verməlidir”

“Mərkəzi Bank banklarla bağlı açıqlama verməlidir”
03.03.2015 15:17
Azərbaycan Mərkəzi Bankının (AMB) kommersiya banklarının kapitallaşmasının artırılması ilə bağlı qoyduğu müddətdən artıq 2 ay keçib. 

Belə ki, 2015-ci ilin yanvarın 1-dək nizamnamə və məcmu kapitalını 5 dəfə artırıb 50 milyon manata çatdıra bilməyən bank bazarı ya tərk edəcək, ya da digər banka birləşdiriləcəkdi.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov modern.az-a açıqlamasında bildirib ki, əhalinin narahatlığını nəzərə alıb artıq Mərkəzi Bank rəsmi açıqlama verməlidir:"Mərkəzi Bank bağlanacaq banklar haqqında artıq açıqlama verməli idi. Çünki vaxt yanvarın 1-də başa çatıb və nizamnamə kapitalı 50 milyona çatdırıla bilməyən banklar faktiki olaraq ya bağlanmalı, ya da digər bir banka birləşməli idi.

Arada məlumat gəldi ki, 4-5-ə yaxın bank nimzamnamə kapitalını 50 milyon manata çatdıra bilməyib, hətta adları da mətbuatda getdi. Mərkəzi Bank isə hər hansı açıqlama vermədi. Bu, çox ciddi məsələdir. Çünki əhalinin banklarda kifayət qədər əmanətləri, kreditləri var. Buna görə də Mərkəzi Bank açıqlama verməyə borcludur. Əhaliyə məlumat çatdırılmalıdır ki, onlar da öz işlərini bilsinlər”.

"Mümkündürmü ki, Mərkəzi Bank 2014-cü ilin sonunda verdiyi rəsmi açıqlamasını təkzib etsin və heç bir bankın bağlanmayacağını açıqlasın” sualına cavab olaraq iqtisadçı-deputat bildirib ki, bu da mümkündür:"Ola bilər ki, Mərkəzi Bank heç bir bankın bağlanmayacağı barədə qərar qəbul etsin. Amma istənilən halda mütləq açıqlama verməlidir. Bu, əhalinin nigaranlığının aradan qaldırılması üçün vacibdir. Bu, təbii ki, Mərkəzi Bankın səlahiyyətində olan məsələdir.

Düşünürəm ki, Mərkəzi Bank rəsmi olmsa da, banklara vaxt verib ki, nizamnamə kapitalını yığa bilsinlər. 2013-cü ildə də bu hadisə təkrarlandı, qərar 2014-cü il yanvarın 1-dən qüvvəyə minməli idi. Sonra təxirə salındı. Artıq 2015-ci ildir. Düşünürəm ki, istənilən şəkildə açıqlama verilməlidir”.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:16
Azərbaycan nefti bahalaşıb
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
İqtisadiyyat 16:28
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
İqtisadiyyat 16:13
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
İqtisadiyyat 16:06
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
İqtisadiyyat 15:50
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
İqtisadiyyat 12:42
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
İqtisadiyyat 12:30
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
İqtisadiyyat 12:19
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
İqtisadiyyat 11:41
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol