• $
  • €
  • ₽
  • ₺
  • £

​Azərbaycanda dolların məzənnəsi düşə bilər

​Azərbaycanda dolların məzənnəsi düşə bilər
17.04.2015 14:25
Bu ilin iyun ayında keçiriləcək I Avropa Oyunları ərəfəsində Azərbaycanda ABŞ dollarının rəsmi məzənnəsi 1,0450 AZN/USD-yə qədər düşə bilər.

 Buna səbəb kimi dünya bazarında neftin qiymətinin yüksəlməsi və Oyunlar zamanı Azərbaycana turist axınının artması amilləri göstərilə bilər. Bununla yanaşı, dünya bazarında dolların digər valyutalara qarşı zəifləməsi manatın möhkəmlənməsi prosesini daha da sürətləndirəcəyi ehtimal olunur.

"Report"un analitik qrupu "Brent" markalı neftin qiymətinin yaxın iki ay ərzində 75 dollar/barelə qədər yüksələcəyini və yay aylarında 70 dollar/bareldən baha satılacağını proqnozlaşdırır. Lakin 2015-ci ilin sonuna yaxın neftin yenidən 50 dollar/barelə qədər ucuzlaşacağı, dolların isə dünya bazarında avroya qarşı möhkəmlənərək, hətta pariteti keçəcəyi, nəticədə, manatın yenidən dollara nəzərən zəifləyəcəyi ehtimal olunur.

"Report"un proqnozlarına görə, bu ilin sonuna qədər dolların məzənnəsi 1,20 AZN/USD səviyyəsinə qədər yüksələ bilər.

Xatırladaq ki, hazırda "Brent" markalı neftin bir barelinin qiyməti 64 dollar, EUR/USD məzənnəsi 1,08-ə bərabərdir.

Qeyd edək ki, devalvasiya nəticəsində idxal olunan inflyasiyaya baxmayaraq, bu il Azərbaycanda inflyasiya 6-7% proqnozlaşdırılır. Dövriyyədə olan nağd pul kütləsi ilin əvvəli ilə müqayisədə 19,8% azalaraq 8,7 mlrd. manata geriləyib. Bu amil isə inflyasiya gözləntilərinin aşağı düşməsinə səbəb olacaq.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol