• $
  • €
  • ₽
  • ₺
  • £

“WorldFood Azerbaijan 2015” sərgisi başlayır

“WorldFood Azerbaijan 2015” sərgisi başlayır
21.04.2015 10:38
May ayının 21-də regionun qida sənayesinin mühüm və əhəmiyyətli hadisələrindən biri - Azərbaycan Beynəlxalq Qida sənayesi ("WorldFood Azerbaijan 2015”) sərgisi öz qapılarını ziyarətçilərin üzünə açacaq.

 Keçirildiyi illər ərzində "WorldFood Azerbaijan” sərgisi mütəxəssislərin hər il təşkil olunan görüşləri və qida sənayesi avadanlıqlarının, eləcə də məhsul və xidmətlərin nümayişi üçün şərait yaradan, o cümlədən sifarişçilər tapmaq, biznes tərəfdaşları ilə mövcud münasibətləri möhkəmləndirmək və yeni satış bazarlarına daxil olmaq imkanını təmin edən etibarlı bünövrə kimi özünü doğrultmuşdur. Uzun illər ərzində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "WorldFood Azerbaijan” sərgisinə olduqca dəyərli dəstək göstərir. Sərginin təşkilatçıları qismində isə "Iteca Caspian” və "ITE Group” şirkətləri çıxış edirlər.

Hər il keçirilən bu sərgidə həm Azərbaycan, həm də dünya ərzaq bazarının aparıcı qida məhsulları istehsalçıları, distribyutorları və təchizatçıları iştirak edirlər. Bu il sərgi iştirakçılarının ümumi sayı 200 şirkətdən çox olacaq və sərgidə Belarus, Bolqarıstan, Almaniya, Hindistan, İtaliya, İspaniya, Qazaxıstan, Koreya, Litva, Niderland Krallığı, Polşa, Rusiya, Serbiya, Türkiyə, Ukrayna, Fransa, Çexiyadan və digər ölkələrin şirkətləri təqdim olunacaq. Avstraliya, Argentina, Belarus və Litva isə dövlət dəstəyi və peşə birliklərinin koordinasiya xidmətləri sayəsində təşkil edilmiş milli ekspozisiyalarla iştirak etməyi planlaşdırırlar. Sərginin ənənəvi bölmələrində balıq, mal / qoyun / quş əti, konservləşdirilmiş süd məhsulları, baqqaliyyə və qənnadı məmulatları, soyuducu sistemlər, içkilər və bir çox digər məhsullar təqdim olunacaq. Sərgidə çörəkxanalar üçün avadanlıq və qablaşdırma avadanlıqlarını da görmək mümkün olacaq. Ziyarətçiləri ən yaxşı avadanlıq istehsalçıları və qida sənayesindən təqdimatlar, habelə ustad dərsləri ("master class”) və çoxsaylı maraqlı təkliflər gözləyəcək.

Eyni tarixə təyin edilmiş Xəzər Beynəlxalq "Qablaşdırma, tara, etiket və poliqrafiya” ("Ipack Caspian 2015”) sərgisi qablaşdırma materialları ilə yanaşı, qablaşdırmanın istehsalı və tərtibatı üçün avadanlıqları, habelə müxtəlif sənaye sahələri üçün tara və hazır qablaşdırma məhsullarını təqdim edəcək.

Bu gün ölkənin dövlət siyasəti iqtisadiyyatın qeyri-neft sektorunun genişləndirilməsinə yönəldilmişdir və bu sektorun əsas komponentlərindən biri də məhz qida sənayesidir. Qida və kənd təsərrüfatı sahəsi fəal surətdə inkişaf edir və Azərbaycanın ixrac potensialının artırılmasına və ixrac strukturunun diversifikasiyasına öz töhfəsini verir. İqtisadiyyatın diversifikasiyası və iqtisadiyyat sahələrinin inkişaf etdirilməsi nöqteyi-nəzərindən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2015-ci ilin "Kənd Təsərrüfatı İli” elan edilməsi müsbət amildir. Həmçinin, sevindirici haldır ki, bu sərgi "Kənd Təsərrüfatı İlinə” həsr olunmuş Tədbirlər planına daxil edilib və bu, sərginin inkişafına müsbət təkan verərək daha geniş auditoriyanın diqqətini özünə cəlb etmişdir. İxrac olunan yüksək keyfiyyətli məhsulların istehsalı üçün vacib şərtlər yeni texnologiyalar və təcrübə mübadiləsidir ki bu da hər il beynəlxalq "WorldFood Azerbaijan” sərgisində təqdim olunur. Beləliklə, "WorldFood Azerbaijan” sərgisi beynəlxalq müstəvidə əməkdaşlıq əlaqələrinə və ərzaq məhsulları çeşidini zənginləşdirməyə imkan yaradaraq Azərbaycanın qida sənayesində investisiya həcminin artırılmasına və ən yeni texnologiyaların tətbiqinə şərait yaradacaqdır.

Sərgi 21-23 may tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol