• $
  • €
  • ₽
  • ₺
  • £

“Dünyada pərakəndə və elektron ticarət təhlükə altındadır”

“Dünyada pərakəndə və elektron ticarət təhlükə altındadır”
21.04.2015 19:16
"Dell” şirkətinin illik hesabatında dünyada pərakəndə və elektron ticarət sahəsində təhdidlərin sayının sürətlə artması bildirilir.
 
Şirkət qeyd edir ki, ticarət nöqtələrində quraşdırılan POS-terminallara hücum edən çoxsaylı yeni virus proqramlar yaranıb. Məsələn, 2014-cü ildə ABŞ-da rekord sayda qurbanlarının pərakəndə satışla məşğul olanların və müəssisələrin olduğu zərərli proqramlar qeydə alınıb. Ekspertlərin fikrincə, buna səbəb fırıldaqçıların yeni taktikası olub. Belə ki, onlar virus proqramların maskalanması üçün şifrləmə texnologiyasından istifadə etməyə başlayıblar.
 
Şirkətin məhsulun marketinqi üzrə direktoru Con Qordinir bildirib ki, bəzən POS-terminalın və ya mərkəzləşdirilmiş kompüterlərin əməliyyat sistemi yenilənmir ki, bu da zərərli proqramlar üçün boşluqlar yaradır. Ticarətlə məşğul olanlar əməliyyat sistemlərinin və proqram təminatının vaxtında yenilənməsini izləməli, eləcə də POS-sistemi digər şəbəkələrdən ayrıca saxlamalıdırlar.
 
"Dell” ekspertlərinin fikrincə, təhlükəsiz "HTTPS” protokolundan istifadə onlayn tranzaksiyaların mühafizəsini yüksək səviyyədə təmin etməyə imkan verir.
 
Şirkətin məlumatına görə, "HTTPS” trafikin həcmi 2014-2015-ci illərdə iki dəfədən çox artıb. "Facebook” və "Google” kimi böyük şirkətlər protokoldan internet trafikin təhlükəsizliyinin təmini üçün istifadə edir.    
 
Bununla yanaşı, şirkət mütəxəssislərinin qənaətinə görə, hakerlər "HTTPS” protokolundan zərərli kodun gizlədilməsi üçün istifadə edə bilərlər ki, bu da onlayn istifadəçilərin potensial baxımdan məxfiliyini və təhlükəsizliyini pozur. Bildirilir ki, kiberfırıldaqçılar "HTTPS” bağlantısından zərərli proqramların yüklənməsi üçün istifadə edə bilərlər, - "Payspacemagazine” yazır.  

ictnews.az

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol