• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı yollarında dəmir-beton çəpərlər çəkilir

Bakı yollarında dəmir-beton çəpərlər çəkilir
28.05.2015 15:35

I Avropa Oyunlarına hazırlıq məqsədilə.

Bakıda Birinci Avropa Oyunları zamanı velosiped turunun keçiriləcəyi marşrut boyu yollarda yarışların təhlükəsizlyini təmin etmək məqsədilə indidən ayrıcı beton çəpərlərin qoyulmasına başlanılıb.

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-a verilən məlumata görə, artıq belə çəpərlər Hüseyn Cavid prospektinin Azərbaycan Texniki Universitetinin qarşısından Parlament prospekti ilə kəsişməsinədək olan hissəsində, eyni zamanda İnşaatçılar prospektində düzülüb.

Onların velosipedçilərin hərəkət edəcək marşrut boyu digər yollarda da qoyulması gözlənilir: "İyunun 20-21-də Bakı şəhərində ilk Avropa Oyunlarının velosiped yarışları keçiriləcək. Yollarda ayırıcı beton çəpərlərin düzülməsi də bununla əlaqədardır. İşlərə ona görə indidən başlanılıb ki, ilk Avropa Oyunları başlayanadək hər şey tam hazır olsun. Ona görə də Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərdən və avtomobil sahiblərindən yollarda hərəkətdə olarkən diqqətli olmalarını xahiş edir. Həmçinin, fərdi avtomobillərdən maksimum dərəcədə az istifadə edilməsini, ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsini tövsiyə edir”.

Qeyd edək ki, ilk Avropa Oyunları zamanı qrup velosiped ötüşməsi yarışları iyunun 20-21-də keçiriləcək. Bu yarışlar "Tour d’Azerbaïdjan-2015"in mayın 10-da keçirilmiş sonuncu, 5-ci mərhələsində olduğu kimi Bakı şəhərinin içində olacaq. Yarışların "start” və "finiş” nöqtəsi Azadlıq meydanında, Hökumət Evinin qarşısında olacaq. Qadınlar üçün şəhər içində keçiriləcək qrup ötüşməsi yarışları iyunun 20-də, kişilər üçün isə iyunun 21-də baş tutacaq.
 





www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol