• $
  • €
  • ₽
  • ₺
  • £

Mobil operatorlara son xəbərdarlıq

Mobil operatorlara son xəbərdarlıq
06.06.2015 15:21
Azərbaycanda mobil operatorların istifadəçilərə göstərdiyi xidmətlərin keyfiyyəti ürəkaçan deyil. Bunu təkcə sadə vətəndaşlar deyil, həm də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, yerli və xarici mütəxəssizlər deyirlər. Bu, həmçinin Azərbaycanın mobil operatorlarının göstərdiyi xidmətlərin keyfiyyətini yoxlamaq üçün aparılan monitorinqin nəticəsində bəlli olub. Bu sahədə müəyyən problemlərin həlli üçün mobil operatorlardan xidmətlərin keyfiyyətini iki dəfəyə qədər artırmasına ehtiyac duyulur. 

Məsələnin nə qədər ciddi və önəmli olduğunu nəzərə alan nazir Əli Abbasov operatorlara xəbərdarlıq edib ki, əgər xidmətlərin keyfiyyəti yüksəlməsə mobil operatorların lisenziyasının etibarlılıq müddətinin uzadılması mümkünsüz ola bilər.

Nazir vurğulayıb ki, son zamanlar "Azercell”, "Bakcell” və "Nar” mobil operatorlardan şikayət daxil olur. Beynəlxalq rabitənin təşkilində problemlər yaranır: "Bu yaxınlarda bu məsələləri biz birgə müzakirə etmişdik. Çox ciddi olaraq onların nəzərinə çatdırmışdım ki, bunlar tezliklə ortadan qaldırılsın. Çünki, beynəlxalq rabitənin xidmətlərində nə qədər çox istifadə edilsə, həcmi bir o qədər də artacaq. Ona görə, hər üç mobil operator passivlik nümayiş etdirməməlidir. Bir daha xatırladıram ki, hər üç mobil operatorun lisenziya vaxtları yaxınlaşır. Biz rabitənin təşkilində keyfiyyətsiz işlə qarşılaşsaq lisenziyanın verlişi zaman bu mütləq nəzərə alınacaq.”

Ümumiyyətlə, "Bakı 2015” I Avropa Oyunlarına hazırlıqla əlaqədar istifadəçilərin yüksəkkeyfiyyətli mobil telekommunikasiya xidmətləri ilə təmin olunması mühümdür. Son vaxtlar mobil danışıq qiymətlərinin Azərbaycanda baha olmasından, həmçinin mobil operatorların ketfiyyətli xidmət göstərməməsindən şikayətlənənlərin sayı az deyil. Bununla bağlı hansı işlər görülməlidir?

Keyfiyyət məsələsi ilə bağlı İKT üzrə ekspert Cahid İsmayıloğlu ANS PRESS-ə bildirib ki, mobil operatorların göstərdikləri xidmətin keyfiyyəti təəssüf ki, şəhərin mərkəzini əhatə edir. Paytaxtdan bir a kənara çıxdıqda mobil rabitədə ciddi problemler yaranır. Məsələn, Abşeron, Xirdalan, Masazır tərıflərdə əhalinin sıx yaşadığı yerlərdə mobil rabitənin keyfiyyəti çox pisdir. Əhali bu barədə operatorların müştəri xidmətlərinə dəfələrlə müraciət etsələr də nəticə olmur. 

O hesab edir ki, şəbəkələrin yüklənməsi zamanı problemin yaranmaması üçün xidmət keyfiyyətini Bakıda olduğu kimi, bölgələrdə də ən azı iki dəfə artırmaq lazımdır. İstifadəçilərin tələbatını ödəmək üçün kanalların ötürmə qabiliyyəti artırılmalıdır. İndi mobil şəbəkələrdə məlumatların ötürülməsi xidmətinin həyata keçirilməsi üçün ümumi trafik 50 qiqabitə çatır. Lakin lazım olduğu təqdirdə bu göstərici artırılmalıdır.

Ekspert danışıq qiymətlərinə də münasibət bildirib. Onun sözlərinə görə, qiymət problemi hələ də qalmaqdadır. İslahatlara ciddi ehtiyac var. Uzun illərdir qimət siyasəti dəyişməyib, necə var elə də qalıb. Region ölkələri ilə müqayisədə, bizdə qiymət bahadır. Bunu MDB ölkələri üzrə statistika göstərir. 

Rabitə və yüksək texnolgiyalar nazirinin müşaviri Müşviq Əmirov məsələ ilə bağlı bildirib ki, hazırda ölkədə fəaliyyət göstərən mobil operatorlarının qarşısına əhaliyə göstərilən mobil xidmətin keyfiyyətinin artırılması ilə bağlı mühüm şərtlər qoyulub. Təbii ki, bu şərtlər sırasında danışıq qiymətlərinin aşağı salınması da nəzərdə tutulur. Ümumiyyətlə, qarşıya qoyulan şərtlər yerinə yetirilməsə mobil operatorların lisenziyalaşdırımasında onlar üçün problem yarada bilər. 

Onun sözlərinə görə, istifadəçilərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəlib-yüksəlməməsini yoxlamaq üçün vaxtaşırı monitorionqlər keçirilir. Həm yerli mütəxəssislər, həm də xaricdən bu işi mükəmməl bilən mütəxəssislərin iştirakı ilə monitorinqlər aparılır. İldə 2-3 dəfə belə monitorinqlər təşkil olunur. 

M.Əmirov mobil danışıq qiymətlərinin başqa ölkələrlə müqayisədə Azərbaycanda baha olmadığını deyib: "Azərcell"in elə paketləri var ki, Rusiya, Gürcüstan, Türkiyə və başaqa ölkələrlə müqayisədə ucuzdur. Amma danışıq qiymətlərinin aşağıya salınması üçün nazirlik tərəfindən məsələ qaldırılıb və yəqinki mobil operatorlar bu məsələni nəzərə alacaqlar.

Xatırladaq ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sifarişinə əsasən ABŞ-ın bu sahədə ixtisaslaşmış "Global Wireless Solutions” şirkəti tərəfindən I Avropa Oyunlarının rabitə xidmətləri ilə təminatına dair Bakı şəhəri ərazisində, o cümlədən yarışların keçiriləcəyi idman komplekslərində, insanların çox toplaşdığı müxtəlif məkanlar üzrə mövcud daxili şəbəkələrdə, eyni zamanda GSM, UMTS/HSDPA, LTE və s. texnologiyaları üzrə istifadəçilərə göstərilən xidmət səviyyəsi ölçülüb.

Bununla belə, "Azercell”, "Bakcell” və "Nar” mobil operatorlarının fəaliyyətində bir sıra çatışmazlıqların olduğu da müəyyənləşdirilib. Belə ki, "Gəzinti testi” (Walk Test), "Nəqliyyat testi” (İn-Vehicle) və "Qapalı məkan testi” (İnBuildinq Test) zamanı şəbəkədəki mövcud səs, məlumat ötürmə, danışıqlardakı kəsintilər, zənglərin çağrı müddətləri, əhatə dairəsi, keyfiyyət göstəriciləri və s. üzrə bir sıra çatışmazlıqlar qeydə alınıb.

GWS şirkətinin mütəxəssisi Roman Kilişek Azərbaycanın mobil operatorlarının (Azercell, Bakcell və Azerfon) səs və məlumatların ötürülməsi xidmətlərinin keyfiyyətini orta qiymətləndirib: "Apreldə GWS tərəfindən keçirilən operator şəbəkələrinin monitorinqi I Avropa Oyunları çərçivəsində yarışların keçiriləcəyi Bakı və Mingəçevir, həmçinin Gəncə şəhərlərini əhatə edib. Ümumilikdə xidmətlərin keyfiyyəti qənaətbəxşdir, ancaq bu keyfiyyətlərin artırılması üçün bir sıra texniki məsələləri həll etmək lazımdır.”

Bir sözlə, mobil rabitə nəinki ölkə vətəndaşları, həmçinin Azərbaycana gələn qonaqlar üçün də əhəmiyyət daşıyır. Buna görə də ölkədə həm səs, həm də məlumat ötürülməsi xidmətləri ən yüksək səviyyədə olmalıdır.\anspress.com

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:16
Azərbaycan nefti bahalaşıb
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
İqtisadiyyat 16:28
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
İqtisadiyyat 16:13
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
İqtisadiyyat 16:06
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
İqtisadiyyat 15:50
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
İqtisadiyyat 12:42
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
İqtisadiyyat 12:30
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
İqtisadiyyat 12:19
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
İqtisadiyyat 11:41
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol