• $
  • €
  • ₽
  • ₺
  • £

AMB: Xarici valyutada olan əmanətlərin miqdarı artıb

AMB: Xarici valyutada olan əmanətlərin miqdarı artıb
09.06.2015 13:37
2015-ci ilin əvvəlində baş vermiş manatın məzənnəsinin korreksiyası ilə bağlı əhali tərəfindən banklarda olan manat yığımlarının xarici valyutaya, əsasən ABŞ dollarına konvertasiyası nəticəsində ilk dəfə olaraq əhalinin manatla əmanətləri rüb ərzində 39% (1725 milyon manat) azalıb.

Oxu. Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci ilin yanvar-mart aylarının nəticələri üzrə maliyyə sabitliyi icmalında deyilir.

"Xarici valyutada olan əmanətlərin miqdarı isə 38% (1323 milyon dollar) artıb” - deyə, bank qeyd edir. 

AMB bildirir ki, dollarla olan depozitlərin miqdarında da artım müşahidə olunub:

"Qeyri-maliyyə korporativ sektorun manatla depozitləri cari ilin I rübü ərzində 23% (501 milyon manat) azalıb, xarici valyutada olan depozitlər isə 25% (580 milyon dollar) artıb.

Beləliklə də, bank sektoru üzrə cəmi depozit və əmanətlərin strukturunda xarici valyutada olan vəsaitlərin payı 70%-ə çatıb”.

Bununla belə bank bildirir ki, 2014-cü ildə isə manatla əmanətlər 13.4%, ümumi əmanətlərin 61%-ni təşkil edib.

Xatırladaq ki, valyuta bazarında baş verən prosesləri nəzərə alaraq, fevralın 21-də AMB -in qərarı ilə, ABŞ dollarının manata qarşı məzənnəsi 1.05 manat AZN səviyyəsində müəyyən edildi. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol