• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda intizamsız sürücülərlə yeni mübarizə üsulu

Azərbaycanda intizamsız sürücülərlə yeni mübarizə üsulu
16.06.2015 12:53
Yol polisi xəbərdarlıq edib.

Azərbaycanın yol polisi qarşı hərəkət zolağına çıxmaqla nəqliyyatın sərbəst hərəkətinə mane olan, yolayrıclarında digər hərəkət iştirakçılarına qəza şəraiti yaradan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən intizamsız sürücülərlə mübarizənin daha effektli olması üçün onların törətdikləri əməllərinin ictimailəşdiriləcəyi barədə xəbərdarlıq edib.

Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə açıqlamasında deyib ki, son vaxtlar qarşı hərəkət zolağına çıxmaqla nəqliyyatın sərbəst hərəkətinə mane olan, yolayrıclarında digər hərəkət iştirakçılarına qəza şəraiti yaradan sürücülərə tez-tez rast gəlinir: 

"Görünür, bəzi intzamsız sürücülər elə düşünürlər ki, yol polisi əməkdaşlarının diqqəti yalnız ölkəmizdə keçirilən ilk Avropa Oyunları ərəfəsində nəqliyyatın hərəkətinin tənzimlənməsinə və tədbir iştirakçılarının təhlükəsizliyinin təmin olunmasına yönəlib. Lakin bu cür fikirləşənlər yanılırlar.

Çünki tədbirlə əlaqədar yoldakı əməkdaşın qaydaları pozmuş sürücünü cəzalandırması bəzi vaxtlarda mümkün olmasa da, müşahidə kameralarının qeydə aldığı görüntülərə monitorlar vasitəsi ilə nəzarət edən əməkdaşlar bunu nəzərdən qaçırmırlar və təkcə bu ilin əvvəlindən 8900-dək, iyunun 1-dən bu günədək isə 600 sürücü qarşı hərəkət zolağına çıxdığına görə məsuliyyətə cəlb edilib”.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri intizamlı olmağa, xəta törətməklə digər hərəkət iştirakçılarına təhlükə yaratmamağa, eləcə də şəhərimizdə coxsaylı xarici qonaqların olduğu bir dövrdə cəmiyyətə qarşı hörmətsiz yanaşmamağa çağırıb:

"Belə çağırışlara məhəl qoymayan, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən sürücülərə qarşı qanunvericiliyin tələblərinə uyğun ciddi tədbirlər görüləcək və həmin şəxslərin kimliyi və törətdikləri əməllər barədə məlumatlar ictimaiyyətə təqdim olunacaq”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol