• $
  • €
  • ₽
  • ₺
  • £

Birinci nəsil “iPad mini” planşetinin satışı dayandırıldı

Birinci nəsil “iPad mini” planşetinin satışı dayandırıldı
23.06.2015 12:05
ABŞ-ın "Apple” korporasiyası birinci nəsil "iPad mini” planşetinin satışlarını dayandırıb. Beləliklə, istehsalçının yığcam planşetlər istehsal xəttində yalnız "Retina” ekran və 64 bitlik çiplərlə təchiz edilmiş modellər qalıb.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru” saytına istinadən bildirir ki, birinci nəsil "iPad mini” planşet kompüteri "Apple”ın internet mağazasından və rəsmi saytından çıxarılıb.
 
Birinci nəsil "iPad mini” versiyasından imtina tamamilə gözlənilən idi. Bu model faktiki olaraq 9,7 düymlük "iPad 2” planşetinin kiçildilmiş modifikasiyası idi, sonuncunun satış həcmi 2014-cü ilin əvvəlində dayandırılıb. Alıcılar 50 dollar çox ödəməklə "Retina” ekran, daha güclü prosessor və iki dəfə daha tutumlu əməli yaddaşla təchiz edilmiş "iPad mini 2” satın ala bilərdilər.
 
"iPad mini” 2012-ci ilin oktyabrında çıxarılıb. Aparat 1024 x 768 (163 ppi) nöqtə təsvir ölçülü 7,9 düymlük ekran, ikinüvəli "Apple A5” prosessoru, 512 MB əməli yaddaş və 64 QB daxili yaddaşla təchiz edilib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol