• $
  • €
  • ₽
  • ₺
  • £

Mobil operatorlara yeni tezliklər ayrılacaq

Mobil operatorlara yeni tezliklər ayrılacaq
28.06.2015 11:00
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil rabitə operatorlarına LTE şəbəkəsini genişləndirməsi üçün yeni tezlik diapazonundan istifadə etməyə icazə verəcək. 


"Qafqazinfo” xəbər verir ki, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədovun ıctnews.az-a verdiyi məlumata əsasən, bu ilin sonuna kimi artıq 800 MHz tezliklərinin bir hissəsi boşaldılaraq LTE şəbəkəsinin qurulmasında istifadəsi üçün operatorlara icazə veriləcək. 

"Bununla biz LTE texnologiyasının ölkənin bütün ərazisində yayılmasına imkan yaradacağıq. Hazırda "3G" şəbəkəsi ölkə regionlarında yetərincə  əhatə dairəsini genişləndirib. Lakin "4G" şəbəkəsi yalnız Bakıda və bəzi ətraf ərazilərdə işləyir. Biz isə bu texnologiyanın  əsasən ucqar dağ regionlarında tətbiqini, bütün ölkə ərazisinin internetlə və rabitə ilə təmin edilməsini istəyirik", - deyə nazir müavini qeyd edib.

İ. Məmmədovun sözlərinə əsasən, nazirlik yaxın iki il ərzində, istifadəsi dünya üzrə artıq  dayandırılan GSM texnologiyasını Azərbaycanda da dayandırmaq niyyətindədir. 

"Yeni "3G" və "4G" texnologiyaları üzərində qurulmuş platformalar inkişaf edir və artıq eyni zamanda smartfonla danışaraq internetdən istifadə edilməsi mümkündür. Çox qısa zamanda biz LTE şəbəkəsi üzərindən səsli xidmətlərin göstərilməsinin şahidi olacağıq. Bu ilin əvvəlində Barselonada keçirilən konfransda LTE texnologiyası üzərindən səsli xidmətlər nümayiş etdirilib və çox güman ki, dünya üzrə mobil rabitə operatorları bu xidməti təqdim etdikcə ölkəmizdə də onun tətbiqi qaçılmaz olacaq. Bu istiqamətdə artıq işlər aparılır", - deyə İ. Məmmədov bildirib.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol