• $
  • €
  • ₽
  • ₺
  • £

​Azərbaycanda kreditlər bahalaşacaq

​Azərbaycanda kreditlər bahalaşacaq
30.06.2015 17:41
Azərbaycan Mərkəzi Bankının (AMB) ölkədəki istehlak kreditləri üzrə komissiya haqqının 1% səviyyəsində limitləşdirilməsi qərarı istehlak kreditləşməsinin bahalaşmasına səbəb olacaq.

"Report"un analitik qrupu qeyd edir ki, bu günə qədər kommersiya banklarında istehlak kreditləri əsasən 10 min manata qədər məbləğdə və orta hesabla 5% komissiya haqqı ilə verilib. Dünəndən isə banklar orta hesabla 10 min manatlıq bir kreditin rəsmiləşdirilməsinə görə təxminən 400 manat potensial gəlirdən məhrum olacaqlar.
"Təbii ki, banklar hazırda iqtisadi artımın yavaşlaması fonunda insanların kreditlərə marağının azalması səbəbindən ciddi rəqabətdədir. Buna görə də istehlak kreditlərinin faizlərini mümkün qədər aşağı səviyyədə saxlamağa məcburdur. Amma unutmayaq ki, bankların müəyyən xərcləri mövcuddur. Hazırda bu məsrəflərə problemli kreditlərə çəkilən xərclər də əlavə edildiyinə görə, bankların faizlərinin yüksək olmasının səbəbi aydınlaşır", - deyə analitiklər bildirib.
Araşdırmaya əsasən məlum olur ki, hazırda Azərbaycanda manat depozitlərinin illik gəlirliyi təxminən 12-14% olduğu halda, istehlak kreditləşməsi təxminən illik 26-36%-lə aparılır (FİFD daha yüksəkdir). Komissiya haqlarının limitləşdirilməsi nəticəsində banklar eyni gəliri əldə etmək istəyirlərsə, bunun üçün hər 10 min manat həcmində 36 aylıq kredit üzrə illik faiz dərəcəsini 2,5-3,5 faiz bəndi artıracaq.

"Faizlərin aşağı salınması üçün isə bankların daha ucuz maliyyə resurslarına çıxışı təmin olunmalıdır. Birincisi, AMB banklara ucuz vəsait verə bilər. Amma hazırda bu riskli addım kimi görünür. Çünki dünya bazarında hələ də risk var, sabitlik təmin olunmayıb. Bu risk əsasən ucuz neft, ABŞ-da uçot dərəcəsinin artırılması və qlobal maliyyə bazarında likvidliyin azalmasından ibarətdir. Buna görə də AMB-dən çox böyük dəstək gözləməyə dəyməz", - deyə "Report"un analitikləri bildirib.

Ekspertlər, qeyd edirlər ki, daxili bazarın yenidən ötən illərdəki vəziyyətə qayıtması üçün ən az 5-6 mlrd. manat həcmində əlavə vəsaitin bazara daxil olmasına ehtiyac var. Çünki dövriyyədə olan nağd pul kütləsi məhz bu miqdarda azalıb. AMB-nin resursları isə bu vəsaitin bazara axıdılmasına imkan vermir.

"İkincisi, xaricdən vəsaitin cəlb olunması yoludur. Burada da vəziyyət yaxsı deyil. Məlumdur ki, dünən "Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sistemi üzrə proqnozu "stabil"dən "neqativ"ə endirib. Bu da gələcəkdə ümumiyyətlə reytinqin aşağı salınması ilə nəticələnə bilər. Yəni, xaricdən vəsait cəlb etmək prosesi də çətinləşir. Buna görə də bank sektorunda resurs qıtlığı yaşanır və kredit faizləri hələ bir müddət yuxarı səviyyədə qalacaq", - deyə "Report"un təhlilçiləri əlavə edib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol