• $
  • €
  • ₽
  • ₺
  • £

Google” istifadəçilərin maliyyə məlumatlarını toplayacaq

Google” istifadəçilərin maliyyə məlumatlarını toplayacaq
02.07.2015 13:01
ABŞ-ın "Google” internet şirkəti ödəniş əlavələri ilə bağlı informasiyanı izləmək üçün ayrıca servis yaradacaq.

"Google Payments” adlanan yeni xidmət mağazalarda alış-verişin ödənişi üçün "Android Pay” servisindən və "Google Wallet” pulköçürmələri sistemindən istifadə edən istifadəçilərin maliyyə informasiyasını emal edəcək.
 
Şirkət nümayəndəsi məsələyə münasibət bildirərək qeyd edib ki, biz ödənişlərlə əlaqədar yeni məhsul istifadəyə verməyə hazırlaşırıq. İstifadəçilərin bütünü ödənişləri izləyə biləcək "Google” akkauntuna bağlı "payments.google.com” saytı yaradılacaq. 
 
"Google Payments” servisində istifadəçilərin həyata keçirdikləri əməliyyatlar, eləcə də bu və ya digər ödəniş kartının istifadə müddətinin başa çatması ilə bağlı mühüm məlumatlar təsvir olunacaq. Saytda istifadəçilər funksiyaları dəyişə və öz hesablarını idarə edə biləcəklər.
 
"Google” ABŞ internet şirkəti olmaqla bütün axtarış sistemləri arasında liderdir. 1998-ci ildə Larri Peyc və Sergey Brin tərəfindən yaradılan şirkət 2004-cü ildə 1,9 milyard dollar dəyərində səhmlərin ilk yerləşdirilməsini həyata keçirib. Hazırda "Google” dünya axtarış sorğuları bazarının 80 faizindən çoxuna sahibdir. Şirkətin əsas gəlir mənbəyini sistemin səhifələrində axtarışın nəticələri ilə bənd edilən onlayn reklam təşkil edir.   
 
"Google” axtarış sistemi ilə yanaşı, dünyanın ən populyar "YouTube” videohostinqinin sahibidir, "Gmail” poçt servisi və "Google+” sosial şəbəkəsinin idarəedicisidir, habelə mobil qurğular üçün "Android” əməliyyat sisteminin tərtibatçısıdır, - "Payspacemagazine” yazır.   

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol