• $
  • €
  • ₽
  • ₺
  • £

Hansı sığorta şirkəti daha çox qazanıb? – HESABAT

Hansı sığorta şirkəti daha çox qazanıb? – HESABAT
27.07.2015 20:00
ASA məlumat yaydı.

2015-ci ilin I yarısında Azərbaycanda toplanmış sığorta haqlarının məbləğinə görə, bazarın lideri "Paşa Sığorta” şirkəti olub. 

Bu barədə Oxu.Az-a Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) məlumat verilib.

ASA-nın məlumatına görə, şirkət yarım il ərzində 39,5 milyon manat sığorta haqqı toplayıb. 

Bundan əlavə, sonrakı yerləri tutan "Paşa Həyat Sığorta”nın yığımları 32,8 milyon manat, "Atəşgah Sığorta”nın yığımları isə 26,3 milyon manat olub. Sığorta yığımlarının məbləğinə görə, ilk beşliyi "Atəşgah Həyat Sığorta” (21,7 milyon manat) və "Azərsığorta” (19,5 milyon manat) şirkətləri tamamlayır. Ümumilikdə bazarın 58%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 140 milyon manat) düşür.

ASA qeyd edib ki, 5 sığorta şirkətinin qazancları daha aşağı olub:

"Ən az sığorta haqqı toplayanlar isə "Rəvan Sığorta” (900 min manat), "Başak İnam” (635 min manat), "Amrah Sığorta” (451 min manat), "Azərqarant” (136 min manat) və "Günay Sığorta” (46 min manat) şirkətləri olub. Bu şirkətlərin ümumi göstəricisi 2,17 milyon manat olub və ümumi sığorta yığımlarının 0,9%-ni təşkil edib”.

Qeyd edək ki, lisenziyası ötən ilin dekabrında dayandırılmış, ötən ay isə ləğv edilmiş "Era-Trans” və praktiki olaraq fəaliyyətini dayandırmış "Çartis Azərbaycan” sığorta şirkətləri isə təbii olaraq sığorta haqqı toplamayıb.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol