• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar”-ın dəstəklədiyi komanda “Microsoft Imagine Cup” beynəlxalq müsabiqəsində Azərbaycanı uğurla təmsil etdi

“Nar”-ın dəstəklədiyi komanda “Microsoft Imagine Cup”  beynəlxalq müsabiqəsində Azərbaycanı uğurla təmsil etdi
03.08.2015 12:01
Azərbaycanın "NoObs” komandası nüfuzlu müsabiqədə 2-ci yerə layiq görüldü

Hər zaman yenilik və innovativ dəyişiklikləri alqışlayan "Nar”-ın dəstək verdiyi daha bir layihə uğurla başa çatdı. Mobil operatorun Azərbaycan Respublikası Təhsil nazirliyi, Yüksək texnologiyalar parkı və "Microsoft Azerbaijan” şirkəti ilə birgə start verdiyi "Microsoft Imagine Cup” innovasiya yarışmasının milli təsnifat mərhələsinin qalibi olmuş və beynəlxalq yarımfinal mərhələsini də müvəffəqiyyətlə başa vurmuş "NoObs” komandası Azərbaycanı ABŞ-ın Sietl şəhərində təşkil edilmiş sonuncu – final mərhələsində də uğurla təmsil etdi.

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrindən olan 33 komandanın iştirak etdiyi yarışda Azərbaycan ilk dəfə idi ki təmsil olunurdu. Bakı Dövlət Universiteti və Xəzər Universitetinin tələbələri olan Nizami İsmayılov, Arif Mövsümzadə, Fidan Rüstəmova və Ülviyyə Rüstəmovadan ibarət "NoObs” komandasının bu mötəbər müsabiqənin "İnnovasiyalar” kateqoriyası üzrə təqdim etdiyi "Spinal” layihəsi yüksək qiymətləndirilərək 2-ci yerə layiq görüldü. Windows Phone 8 əməliyyat sistesmlı telefonlar əsasında və Bluetooth sensorlardan ibarət layihənin məqsədi insanların oturarkən, gəzərkən və ya işlədiyi zaman onurğa sütununun mövqeyi və ona təsir edən neqativ amillərə nəzarət etməkdir. "Microsoft Imagine Cup 2015” kimi nüfuzlu müsabiqədə ikinciliyi əldə etmiş Azərbaycan təmsilçisi "Microsoft” şirkətinin Redmondda yerləşən baş ofisində təntənəli surətdə təltif edildi.

Müsabiqədə iştirak etmək üçün orijinal bir oyun düşünərək "Microsoft Windows” oyun platformlarında tətbiq etmək, innovativ proqram layihəsi təqdim etmək və yaxud "Microsoft” texnologiyaları bazası üçün çağdaş dövrün çətin problemlərini çözə bilən əlavə prototipi tərtib etmək lazım idi.

Müsabiqənin keçirilməsində əsas məqsəd tələbələrə innovativ düşüncə qabiliyyətinin aşılanması və yerli istedadların üzə çıxarılmasıdır. İntellekt və zəkanın ön plana çıxdığı bu kimi intellektual müsabiqələrə dəstək verilməsi elm və təhsilə, tərəqqi və innovasiyalara hər zaman xüsusi önəm verən "Nar”-ın prioritetidir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol