• $
  • €
  • ₽
  • ₺
  • £

​Kənd Təsərrüfatı Nazirliyi xəbərdarlıq edib

​Kənd Təsərrüfatı Nazirliyi xəbərdarlıq edib
06.08.2015 11:25
 Kənd Təsərrüfatı Nazirliyi taxıl sahələrində kövşənliklərin (biçindən sonra sahələrdəki qalıq ot) yandırılması ilə bağlı məhsul istehsalçılarına müraciət edib.

 Nazirlikdən "Report"a daxil olan məlumata görə, taxıl sahələrinin biçindən sonra yandırılması torpaqda üzvi maddələrin itirilməsinə, torpaq mikroflorasının məhv edilməsinə, bütövlükdə torpaq münbitliyinin kəskin surətdə azalmasına səbəb olur. Samanın yandırılması nəticəsində torpağın həyat qabiliyyəti pisləşir, milyon illər ərzində formalaşmış faydalı mikroorqanizmlər məhv olur ki, bunun da bərpa olunması üçün əlavə resurslar və uzun müddət tələb olunur. Belə ki, 1 hektar sahədə samanın yandırılması nəticəsində 40-50 kq azot, 70-80 kq fosfor, 90-100 kq-a qədər kalium elementi və 1-1,5 ton humus itirilir ki, bu itkini kompensasiya etmək üçün torpağın hər hektarına 10-15 ton həcmində üzvi gübrə verilməsi tələb olunur.

Eyni zamanda, biçindən sonra taxıl sahələrinin yandırılması növbəti ildə həmin sahədə becəriləcək bitkilərin məhsuldarlığının 20-30% azalmasına səbəb olur. Qeyd edilənləri nəzərə alaraq, Kənd Təsərrüfatı Nazirliyi məhsul istehsalçılarına taxıl sahələrindən samanı yandırmadan çıxarmalarını və yaxud xırdalayaraq mulça halında əkin sahələrinə verib şum və digər torpaq becərmə əməliyyatları aparmalarını tövsiyə edir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol